AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Bakının «İnter» klubunun baş məşqçisi Kaxaber Sxadadzenin hakimlər haqda dedikləri ilə bağlı Qol.Az saytına müsahibə verib.
- Kaxaber Sxadadze iddia edir ki, o, hakim səhvləri ucbatından komandasının nə qədər xal itirdiyini hesablaya bilmir.
- Mən etiraf edirəm ki, «İnter»in «Bakı» və «Gəncə» ilə oyunlarında hakim səhvləri olub. Buna görə də həmin matçın referiləri cəzalandırılıblar. O ki qaldı onun hakimlər haqda son fikrinə, deyə bilərəm ki, hakim səhvlərinə görə, «İnter»in qazandığı xallar daha çox olub, nəinki itirdikləri. Konkret hansı oyunlarda, bunu da deyə bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehityac yoxdur.
- Sxadadze iddia edir ki, «Neftçi» ilə oyunda onların qapısına aydın olmayan penalti təyin edilib.
- Həmin penalti tam qaydalar çərçivəsində təyin olunub. Amma matçın bitməsinə 20 dəqiqə qalmış hakim «İnter»in qapısına penalti təyin etməli və bu komandanın oyunçusunu meydandan qovmalıydı. Hakimin bu epizodda səhvi oldu. Əgər o, «İnter»in futbolçusuna qırmızı vərəqə göstərsəydi, oyunun hansı hesabla bitəcəyini, kimin qələbə qazanacağını təxmin etmək çətin deyildi.
- Sxadadze Azərbaycan hakimliyinin indiki durumunun onu çox narahat etdiyini bildirir. Bununla bağlı nə dəyə bilərsiniz?
- O, son müsahibəsində özünü Azərbaycanda futbolunun inkişafını istəyən adam kimi qələmə verib. Mən ona sual vermək istəyirəm: əgər həqiqətən də belədirsə, nəyə görə bir-iki nəfərdən başqa, «İnter»in əsas heyətində yerli futbolçu oynamır?
O iddia edir ki, hakimlər «İnter»ə qarşı qərəzli mövqe tuturlar. Gəlin, ən yaxın tarixə nəzər salaq. AFFA rəhbərliyindəki dəyişiklərə qədər «İnter» bir dəfə də olsun mükafatçılar sırasına düşə bilməmişdi. Dəyişiklikdən sonra, son üç ildə isə bu komanda iki dəfə Azərbaycan çempionu olub, bir dəfə gümüş medalı qazanıb. Onda belə çıxır ki, son üç ildə hakimlərin rəğbəti «İnter»ə olub?
- Kaxaber Sxadadze «Xəzər Lənkəran»la son oyunda da hakimliyin çox aşağı səviyyədə olduğunu deyib.
- Əgər həqiqətən də belə idisə, bəs, onda nəyə görə gürcü məşqçi oyundan sonrakı mətbuat konfransında hakimliyn normal olduğunu deyirdi?!
Ümumiyyətlə, Sxadadzenin son müsahibəsi məni təəccübləndirməyə bilməz. O, futbolçusu Rövnəş Əmiraslanovun ayağının sındırıldığını, hakimin isə buna reaksiya vermədiyini deyir. Biz yaxın günlərdə bütün Azərbaycana sübut edəcəyik ki, həmin epizodda qayda pozuntusu olub, ya yox. Ona sarı vərəqə isə qayda pozuntusuna deyil, hakimin qərarına etiraz etdiyini görə verilib.
O ki qaldı «İnter»in penaltisinin verilməməsi ilə bağlı Sxadadzenin fikirlərinə, yaxın günlərdə hamı görəcək ki, Sxadadze kimi aldadır.
Ümumiyyətlə, bu adam son vaxtlar çox canfəşanlıq edir. Mən ona sual vermək istəyirəm: «Birlik kuboku»nu aldıqdan və məvacibləriniz bir qədər gecikəndən sonra həvəssiz oyun nümayiş etdirən sizin komanda deyildimi? Niyə o vaxt hakimlər yada düşmürdü? Son vaxtlar isə «İnter» yaxşı oynayır. Görünür, hansısa şirinikləndirici amillər onları yerindən tərpədib. Bir daha sübut olunur ki, «İnter» komandası yalnız pula oynayır. Pulları gecikən kimi isə, nə rəhbərlik, nə komanda, nə də Azərbaycan futbolunun inkişafı yada düşür.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi