Flavinyo: «Azərbaycan millisində oynamaq istəyirəm»

Flavinyo: «Azərbaycan millisində oynamaq istəyirəm»
ÖLKƏ FUTBOLU 20 Aprel 2011 / 17:02 2844
-  A +

Mart ayı üçün Unibank Premyer Liqasının ən yaxşı futbolçusu seçilən "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Flavinyo Azərbaycan millisində oynamaq arzusunda olduğunu söyləyib.

Qol.Az-ın məlumatına görə, jurnalistlərlə söhbətində o deyib ki, federasiya və «Neftçi» rəhbərliyi buna razılıq versələr, millidə çıxış edəcək.

«Hazırda millinizdə vəziyyətin nə yerdə olduğunu bilmirəm. Bu dəqiqə fikrimi «Neftçi»yə yönəltmişəm.  Əsas odur ki, indiki klubumda öz işimi görüm. Özünüz də görürsünüz ki, «altılıq»da oyunlar gərgin keçir. AZAL-la son qarşılaşmamız bunu bir daha sübut etdi» - deyə o vurğulayıb.

Daha çox


Son xəbərlər