Ölkə çempionatında dalbadal doqquz oyunda qələbə qazanan «Qarabağ» aprel ayında keçirdiyi üç oyunda qələbə qazana bilməyib. «Neftçi»yə uduzan Ağdam təmsilçisi «Xəzər Lənkəran» və «Bakı» ilə matçlarda cəmi bir xal əldə edib. Ən diqqətçəkən məqam isə bu üç oyunun heç birində «Qarabağ»ın qol vura bilməməsidir.
Qol.Az-ın məlumatına görə, komandanın məşqçisi, Müşfiq Hüseynov klubun rəsmi saytına müsahibəsində bunları söyləyib:
«Deməzdim ki, qol vurmağa çətinlik çəkirik. Hər oyunda qol vurmaq şansımız olur. Ardıcıl 9 oyunda qələbə qazananda komandamızda qol vurmaq baxımından elə də problem hiss olunmurdu. Amma bu seriyanın qırılması bir qədər komadaya psixoloji təsir göstərib. Hərçənd, bunu böhran kimi qiymətləndirmək düzgün deyil. Futbolda belə şeylər olur. Məncə, vuracağımız ilk qolla qolların ardı gələcək. Bizim futbol daha çox kollektiv oyuna əsaslanır. Hansısa futbolçunun üzərinə getməyi doğru saymıram».
«Qarabağ»ın digər məşqçisi Elçin Rəhmanovun isə məsələyə münasibəti belə olub: «Biz yenə öz oyunumuzu göstərməyə çalışırıq. Amma bir şey var ki, qələbə qazandıqca rəqiblər də bizə qarşı xüsusi motivasiya ilə oynayır. Bizə qarşı müdafiədən oynadıqlarına görə daha çox əziyyət çəkməli oluruq. Amma artıq bu problemi çözmüşük. İnşallah, qarşıdakı oyunlarda bunun şahidi olacağıq. Müşfiq müəllimin dedikləriylə razıyam ki, bəzən futbolda belə vəziyyətlər qaçınılmazdı. Amma belə durumda toparlanmağı bacarmaq lazımdır. Ön xətt oyunçularımızın çempionatın sonuna yaxın qol vuracağına inanıram».
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı