Mirça Rednik: "Bizi gərgin sonluq gözləyir"

Mirça Rednik: "Bizi gərgin sonluq gözləyir"
ÖLKƏ FUTBOLU 16 Aprel 2011 / 23:59 2827
-  A +

“Final mərhələsinin 5 turunda qalib gələ bilməməyimiz mənə çox ağırdır”. Qol.Az-ın məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik “İnter”lə oyundan sonra təşkil olunan mətbuat konfransında söyləyib.

“Biz yaxşı oynadıq, və oyunda hesabı da açdıq. Yalnız buraxdığımız bir səhvdən “İnter” yararlanaraq hesabı bərabərləşdirdi” - deyə baş məşqçi bildirib. O, qeyd edib ki, "Xəzər Lənkəran" ikinci hissədə pressinq tətbiq etsə də, “İnter” müdafiədə gözəl oyun sərgiləyib: “Hesab edirəm ki, heç-heçə bu oyunun ədalətli nəticəsi idi”.

Rednik “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeni təbrik edərək bildirib ki, həmkarı bu oyun üçün düzgün taktika seçib. O, həmçinin azarkeşlərə təşəkkürünü bildirib və komandanın bu dəstəyi və gözləntiləri doğrulda bilmədiyi üçün təəssüfləndiyini söyləyib: “Nəzəri baxımdan çempionluq şansımız qalmaqdadır və biz sona qədər vuruşacağıq. Əgər bütün komandalar bu gün “İnter” oynadığı kimi oynasalar deyə bilərəm ki, bizi çempionatın gərgin sonluğu gözləyir”.

Daha çox


Son xəbərlər