Qurban Qurbanov "Belə suallar vermək lazım deyil" deyib, futbolçusunu müdafiə etdi - Video

Qurban Qurbanov "Belə suallar vermək lazım deyil" deyib, futbolçusunu müdafiə etdi - Video
VİDEO 30 Sentyabr 2024 / 13:26 1161
-  A +

"Toralın nə cür jest etdiyini görmədim. Yəqin ki, "sus" işarəsini göstərib. Dünya futbolunda bunu etməyən yoxdur". 

QOL.az-ın xəbərinə görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Dünən "Sabah"a qarşı keçirilən Misli Premyer Liqasının 8-cı turunun matçından (3:2) sonra təşkil edilən mətbuat konransında Ağdam klubunun çalışdırıcısı Bayramovun vurduğu qoldan sonrakı jestinə münasibət bildirib.

Onun fikrincə, T.Bayramov bunu azarkeşlərə hörmətsizlik göstərmək üçüb etməyib: "Mümkün deyil ki, Toral bunu azarkeşlərə etsin. Bu cür provokasiyaya getmək lazım deyil. Azarkeşlərə də bunu hansısa formada çatdırmaq lazım deyil. Çünki hansısa kiçik fikir komandaya, futbolçuya olan inamı itirə bilər. Belə suallar da vermək lazım deyil. Futbolda o qədər belə jestlər var ki. Futbolçudur, qol vurur, bəlkə dostuna, yaxınına edir. Toral həmişə reklamı xoşlayan, özünü sevdirən oyunçudur. Gecə 2-də də müsahibə verir, azarkeşlərə də açıqdır. Belə fikir formalaşdırmaq lazım deyil. Toralı tanıyıram".

T.Bayramovun vurduğu qola və etdiyi jestə bu videonun 1:10-ci dəqiqəsindən baxa bilərsiniz


Son xəbərlər