Xəbər verdiyimiz kimi, Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda "Tottenhem"lə oyundan əvvəl "Qarabağ" problemlə üzləşib.
Ağdam təmsilçisi matça gedərkən 2 saatdan çox tıxacda qalıb. Bu səbəbdən Bakı vaxtı ilə saat 23:00-da başlanmalı oyun, 35 dəqiqə gec - 23:35-də start götürüb.
Həmçinin oxuyun: Məşhur insayderdən Qurban Qurbanovla bağlı paylaşım
QOL.az-ın xəbərinə görə, Britaniyanın "Daily Mail" nəşri bu problemin yaranmasının səbəbləri barədə yazıb. Qəzet bildirir ki, "Qarabağ" Londonun vahiməli tıxacına görə, oyunun əvvəlcədən nəzərdə tutulan başlama vaxtına (Bakı vaxtı ilə 23:00) yalnız 15 dəqiqə qalmış stadiona gələ bilib.
"Azərbaycan çempionu stadiondan 12 mil uzaqda bir oteldə yerləşmişdi. Amma Londonda dəmiryolu və avtomobil yollarının bağlanması səbəbindən yollar hamı, o cümlədən oyuna gedən minlərlə azarkeş üçün xaos yaratdı"- deyə yazıda bildirilib.
Həmçinin qeyd edilir ki, yayımçı şirkətin oyunu şərh etməli olan ekspertləri Piter Krauç və Qlen Hoddl maşından düşərək, güclü yağış altında stadiona piyada getməli olublar.
"Biz məcburən maşının xidmətindən imtina etməli olduq. Başımızı aşağı salıb yol aldıq. Piter qaçır, mən isə axsayaraq gedirdim" - deyə Qlen Hoddl bildirib.
"Qarabağ" Londonda tıxaca düşən ilk Avropa komandası deyil...
"Daily Mail" nəşrinin yazdığına görə, "Qarabağ" "Tottenhem Hotspur"un ətrafında tıxaca düşən ilk Avropa komandası deyil. Qəzet yazır ki, 2023-cü ildə (9 mart - red.) Çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem"lə oyundan əvvəl İtaliyanın "Milan" klubu da belə bir problemlə rastlaşıb.
Qəzet yazır ki, uzun illərdir "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov bu durumdan razı deyildi. Çünki onun komandasının hazırlaşması üçün cəmi 40 dəqiqə vaxtı qalmışdı.
"Təsəvvür edin, siz tıxacda 2,5 saat yarım ilişib qalırsınız. Mən bunu məğlubiyyətə bəhanə kimi gətirmək istəmirəm. Amma belə hal baş verməməli idi. Bizi müşayiət edən polis yox idi. Bu isə açıq-aşkar futbolçularımıza çox təsir etdi. Lakin baş verənlər rəqibin qələbəsinə kölgə salmır. Onlar yaxşı komandadır. Amma tıxaca görə oyuna lazımınca hazırlaşa bilmədik" - deyə oyundan sonra Q.Qurbanov bildirib.
Xatırladaq ki, "Tottenhem" - "Qarabağ" oyunu 3:0 hesabı ilə yekunlaşıb.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər