AZAL klubunun baş məşqçisi Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- Son vaxtlar rəhbərlik etdiyiniz komanda uğurlu çıxış edir. Komandanız «altılıq»da “Xəzər Lənkəran” və “Bakı”ya baş ağrısı oldu, onları üç xaldan məhrum etdiniz. Gəlin, razılaşaq ki, «altılıq»oyunları başlayanda AZAL-ın şansları o qədər də yüksək qiymətləndirilmirdi.
- Düzdü belə fikirlər səslənirdi. Futbol elə oyundur ki, həmişə meydana çıxanda əzmkarlıq göstərib 3 xal qazanmalısan. Zaman-zaman qazanılan bu xallar da göstərir ki, sən hansı yerə layiqsən. Sadəcə, bizim bir prinsipimiz var: meydanı 3 xalla tərk etməliyik.Bu da gördüyünüz kimi nəticə verir. Digər tərəfdən hç vaxt düşünməmişik ki, qatar getdi, bilet isə əlimizdə qaldı. Mübarizəni axıra kimi davam etdirmək bizim əsas məqsədimizdir.
- Albaniyalı hücumçu Eleandro Pema ən azı bir ay müdətinə sıradan çıxıb. Bu, AZAL-ın ön xəttinə nə dərəcədə təsir edə bilər?
- Düzdü, o “altılığ”ın axırıncı oyununda çiynindən zədə alıb əməliyyat olundu. Biz onu bir də mayda məşqlərimizdə görəcəyik. Əlbəttə, aparıcı bir futbolçunun yoxluğu kollektivə təsirsiz ötüşmür. Xüsusən də, o hücumçu olanda. Çalışacığıq ki, bu boşluğu sığortalayaq.
- Bu tur çempionatın lideri «Neftçi» ilə qarşılaşacaqsınız. Rəqibin uğurlu çıxışı sizi çəkindirmir?
- “Neftçi”çempionluğa layiq 2-3 komandadan biridir. Təbii ki, biz növbəti oyunda AZAL-ın bütü potensialını ortaya qoymağa və üç xal qazanmağa çalışacağıq.
- “Qəbələ” klubunun baş məşqçisi Toni Adams bildirir ki, Premyer Liqa 10 komandanın iştirakı və dörd dövrəli sistemlə keçirilməlidir. Siz bu təklifə necə yanaşırsınız?
- Hər il çempionatın formatını dəyişmək olmaz. Çempionatla bağlı 3-5 illik konkret proqram tərtib olunmalıdır. Hər il bir şey axtarırıq, ancaq bilmək lazımdı ki, bunun nəticəsi yaxşı olmur. Hazırkı qaydalar pis deyil. Ancaq biz bunun faydasın 2-3 il sonra görə biləcəyik. İndi Adams deyir ki, çempionatda 10 komanda oynasın. Tutaq ki, biz Toni Adamsın dediyi sistemi qurduq, bəs, digər klublar harada oynayacaq?Premyer Liqanın reqlamentində qayda var ki, sonuncu iki yeri tutan klub yüksək liqanı tərk edir, onları birinci dəstənin ən yaxşı iki komandası əvəzləyir. Əgər Adamsın dediyi sistemi oynasaq, o zaman, birinci dəstədəki klubların haqqını tapdalamış olarıq. Bu, həmin klublara hörmətsizlik olardı. Ona görə də mən Toni Adamsla razılaşmıram.
- AZAL kubok yarışında da mübarizəni davam etdirir. Kuboka nə dərəcədə iddialısız?
- İndidən kubok haqda danışmaq tezdi. Düzdü, şansımız böyükdü, xususən də axırıncı matçlarda qazanılan nəticələr bizdə böyük ruh yüksəkliyi yaradıb. Ancaq biz indii fikrimizi «Neftçi» ilə bu həftə keçirəcəyimiz matça yönəltmişik.
- Yeni stadionunuzda ilk oyununuzu keçirdiz. Ancaq nədənsə, təntənəli açılış olmadı.
- Bilrsiz orada paltardəyişmə, hakimlər, dopinq və həkimlər otağı lazımi vəziyyətə gətirilib. Lakin bazamızın inşası hələ də davam etdiyindən təntənəli açılış keçirmədik. Bu mərasim may aına planlaşdırılır.
- Son vaxtlar komandanızda ən yaxşı dövrünü keçirən futbolçu kimdir?
- Mən oyunçuları fərdi olaraq qiymətləndirməyi xoşlamıram. Niyə? Çünki nəticəni kollektiv qazanır. Mən istəyirəm, klubda elə bir oyunçu olsun ki, komandanı arxasınca apara bilsin. Bəlkə də siz dalbadal iki oyunda qol vuran Gennadi Bliznyuka görə bu sualı verdiniz. Amma mən onu ayırmazdım. Çünki qələbəni kollektivin birgə əməyi qazanıb. Əlbəttə, hər hansı bir oyunçu fərdi oyunla kluba xeyir verirsə, buyursun, meydan onundu.
- Gəlin il yenə hazırkı çempionatın formatına qayıdaq. Adams deyir ki, bu sistem ikinci «atılıq» komandalarının oyununu «öldürür».
- Hamı öz fikirlərini söyləyə bilər. Ancaq qərarı PFL verir. Fikrimcə, gələn il bu sistem olmayacaq. Mənə görə, gələn ildən Premyer Liqa 14 komanda iki dövrəli yarışda oynamalıdır. Əlavə olaraq, xususu bir prezident kuboku kimi yarış da təşkil olunmalıdı.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı