“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin müsahibəsi
- Çempionluğu hədəfləyən “Xəzər Lənkəran” “altılıq” mərhələsində qələbə qazana bilməyib. Buna necə izah tapmaq olar?
- Bu məsələ bizi çox düşündürür. Sadəcə, uğursuzluq zolağını bəxtsizliklə əlaqələndirmək olar. Düzdür, mən heç də bəxtsizlik sözünü söyləməyi sevmirəm. “Xəzər Lənkəran” pley-off mərhələsində əvvəlkindən daha yaxşı oyun nümayiş etdirir. Düzünü deyim, qələbə qazana bilməməyimizə izah tapmaq çətindir. Əminəm ki, nəticələr olacaq.
- Növbəti turda “İnter”lə qarşılaşacaqsız. Çempionluq yarışını nəzərə alsaq, bu görüş nə dərəcədə əhəmiyyətlidir?
- Meydana yalnız qələbə üçün çıxacağıq. İtiriləcək xallar çempionluq yarışından uzaq qalmağımızla nəticələnə bilər. Bunu yaxşı başa düşürük. Doğma azarkeşlər qarşısında oynayacağıq. “Altılıq” mərhələsində təqvimin də bizim üçün pis olduğu qənaətindəyəm. İlk oyunda Lənkəranda əsas rəqibimiz “Neftçi” ilə oyundan sonra dalbadal üç matçı səfərdə keçirdik. “İnter”lə matçda qazanılacaq üç xal bizim üçün böyük əhəmiyyətə malikdir.
- Vladimir Pitsurka və Elnur Allahverdiyev komandadan uzaqlaşdırılıb. “Xəzər Lənkəran”ın düşərgəsində baş verən belə hallar çoxları üçün gözlənilməz oldu...
- Pitsurkayla bağlı hər şey aydındır. O, komandaya uyğunlaşa bilmədi. Qarşılıqlı surətdə razılıq əldə edib, müqaviləni pozduq. Elnur Allahverdiyev isə Azərbaycan yığmasının üzvüdür. Onun ölkə futbolunun aparıcı simalarından biri olduğunu yaxşı başa düşürəm. Amma Elnur da öz davranışlarında diqqətli olmalıdır. O, klubun bütün işçilərinə hörmət etməlidir. Biz klubun daxili intizam qaydalarını pozduğuna görə, Allahverdiyevi komandadan uzaqlaşdırmışıq. Bununla bağlı, dəfələrlə onunla şəxsən söhbət edib, xəbərdarlıq bildirmişdim.
Amma Elnuru bağışlaya bilərik. Növbəti həftələrdə onunla bağlı məsələ barədə qərar verəcəyik. Allahverdiyevin komandaya qaytarılacağına ümid edirəm.
- Rumıniya mətbuatında yayda sizin ölkə yığması və klublarından birinə başçılıq edəcəyiniz barədə xəbərlər yayılır. Bunlar həqiqəti əks etdirirmi?
- Rumıniya mətbuatında çox şey yazırlar. Bu haqda danışmaq istəmirəm. “Xəzər Lənkəran”da hər şey məni qane edir. Burada özümü çox xoşbəxt hiss edirəm. İstər klubda, istərsə də azarkeşlər tərəfindən mənə qarşı isti münasibətlə qarşılaşmaq çox xoşdur. Əsas məqsədimiz mövsümün yüksək əhval-ruhiyyədə bitirməkdir. Həm çempionluq, həm də kubok yarışlarında qələbəni hədəfə almışıq. Buna görə, Rumıniya mətbuatında yazılanla ciddi fikir vermirəm.
Mənbə: futbol365.az
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı