Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı
ÖLKƏ FUTBOLU 3 Sentyabr 2024 / 13:33 3463
-  A +

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner