"Zirə"ni qələbə münasibəti ilə təbrik edirəm. Amma ümumi götürdükdə liqa mərhələsinə vəsiqə qazandıq. Buna görə isə "Omoniya" cameəsini təbrik edirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Omoniya"nın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının pley-off mərhələsində "Zirə" ilə cavab oyunundan (0:1, ilk oyun - 6:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis ümumi hesabda qalib gələrək (6:1) liqa mərhələsinə vəsiqə qazanmaqlarını belə şərh edib: "Qarşıya qoyulan hədəfə çatdıq. İlk hissədə oyun sönük keçdi. Bəlkə də bu, meydançanın durumu ilə bağlı idi. Ümumilikdə təsnifat mərhələsində 5 qələbə qazandlq. Bu, əla nəticədir. Əvvəldən kimsə bunu mənə desəydi, inanmazdım".
Litvalı mütəxəssis ilk matçdakı qələbədən sonra 2-ci görüşə köklənməyin çətinliyini qeyd edib: "İlk dəfədir karyeramda 6:0 hesablı qələbə qazanmışdım. Bu nəticədən sonra 2-ci matça köklənmək çətin oldu. İlk hissədə bəzi epizodlarımız var idi. Amma onları dəyərləndirə bilmədik. Bunu meydan amili ilə əlaqələndirmək olar. Bəlkə də öz meydançamız olsaydı, həmin şanslardan yararlanardıq".
Dambrauskas ilk matçda böyükhesablı qələbə qazanmalarının səbəbini belə izah edib: "Oyunçularımız həmin matçda möhtəşəm oynadılar. Verilən tapşırıqlarları tam icra etdilər. Eləcə də azarkeşlərimizi qeyd etməliyəm. Onlar stadionda gözəl atmosfer yaratmışdıar. Bu, bir tərəfdən bizə dəstək idi, digər tərəfdən rəqibi təzyiqdə saxladı. Bütün bunlar 6:0-lıq nəticəyə gətirib çıxardı. 2 oyuna görə baxsaq, biz mərhələ adlamağa layiq idik".
"Necə düşünürsünüz, ilk oyun Bakıda keçirilsəydi, eyni nəticə qeydə alına bilərdi?" sualını "Omoniya"nın baş məşqçisi belə cavablandırıb: "Mən Allah deyiləm. Belə olsaydı, necə olardı kimi ssenarilərdən danışa bilmərəm. Əsas odur ki, bu, baş verdi".
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı
“Barselona”nın gəliri 1 milyard avronu keçsə də...
Bülent Korkmaz təyinatından 2 ay sonra istefaya göndərildi