ÇL oyununda səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi - Video

ÇL oyununda səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi - Video
VİDEO 9 Sentyabr 2026 / 12:41 572
-  A +

Dortmund “Borussiya”sının yeni transferi Konstantinos Karetsas UEFA Çempionlar Liqasındakı debüt oyunundan sonra xəstəxanaya aparılıb.

QOL.az xəbər verir ki, 18 yaşlı futbolçu “Vilyarreal”la keçirilən ev oyununun 25-ci dəqiqəsində özünü pis hiss edib.

Yunanıstan millisinin üzvü topu komanda yoldaşına ötürdükdən sonra hakimə işarə edərək yerdə oturub. Ona meydanda tibbi yardım göstərilib və daha sonra xərəkdə stadiondan çıxarılıb.

Klubun açıqlamasında Karetsasın qan dövranı ilə bağlı problem yaşadığı bildirilib. Futbolçunun vəziyyətinin hazırda qənaətbəxş olduğu və əlavə müayinələr üçün xəstəxanaya aparıldığı qeyd edilib.

Qeyd edək ki, Karetsas bu yay “Genk”dən 30 milyon avro qarşılığında Dortmund klubuna transfer olunub. O, “Vilyarreal”la matçda ilk dəfə UEFA Çempionlar Liqasında meydana çıxıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner