Qurban Qurbanov: "Qarşıdakı oyunu düşünsək, yaxşı olar"

ÖLKƏ FUTBOLU 10 Aprel 2011 / 19:25 2687
-  A +

"Bizim üçün çətin oyun oldu. Hər bir futbolçu meydançanın hər yerində sonadək mübarizə apardı". Qol.Az-ın məlumatına görə, bunu "Xəzər Lənkəran"la 0:0 hesablı heç-heçədən sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Gənc mütəxəssisin fikrincə, azarkeşlər həm sürət, həm də bol qol epizodları baxımından maraqlı oyun izləyiblər. Yalnız qol çatışmayıb. Qurbanov hakimliklə bağlı sualı isə belə cavablandırıb: "Hakimlərdən çox danışılır deyə, mən əlavə nə isə demək istəmirəm. Ona görə də epizodlara şərh vermək yersizdir. Qarşıdakı oyunu düşünsək, yaxşı olar".  

Daha çox


Son xəbərlər