Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Paris-2024-də mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, o, 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.
Görüşdə Maqomedxan 9:0 hesablı qələbə qazanıb. Bununla da o, 1/4 finala yüksəlib.
M.Maqomedov 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb. Mateuş dünya çempionatının gümüş, Avropa çempionatının isə gümüş və bürünc mükafatçısıdır. Bu görüşdə Moqamedxan 7:2 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Təmsilçimiz yarımfinalda Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşıb və 0:5 hesabı ilə uduzub. Givi Matçaraşvili ikiqat Avropa çempionu, dünya çempionatının ikiqat gümüş mükafatçısıdır. Azərbaycan idmançısı bürünc medal uğrunda yarışacaq.
Maqomedxan Maqomedov Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır, həmçinin qitə çempionatında 2 gümüş medal qazanıb. Luis Migel Peres Pan Amerika Oyunlarının bürünc, Pan Amerika çempionatının isə üçqat gümüş, üçqat bürünc mükafatçısıdır. O, Cənubi Amerika çempionatında 2 gümüş medal qazanıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi