Sabah Premyer Liqada lider «Neftçi» səfərdə «İnter»in qonağı olacaq. Oyun ərəfəsində «flaqman»ın baş məşqçisi Arif Əsədov Qol.Az-ın suallarını cavablandırıb
- “Altılıq”dakı bütün bütün oyunlar çox gərgin keçir. Bilirik ki, sabah «İnter»in timsalında bizi çətin rəqib gözləyir. Amma buna baxmayaraq, qələbəyə köklənmişik və hər oyunda maksimum nəticə toplayaraq çempionluğa doğru addımlamaq istəyirik.
- “İnter” çempion olmaq şansını demək olar ki, itirib. Odur ki, komanda Avroliqaya düşmək uğrunda ciddi mübarizə aparır. Şübhə yoxdur ki, sabah «İnter» var gücünü ortaya qoyaraq “Neftçi”nl məğlub etməyə çalışacaq. Bu amil sizi narahat etmir?
- Əlbəttə, onlar da meydana qələbə əzmiylə çıxacaqlar. Yəqin ki, psixoloji baxımdan yaxşı hazırlaşıblar. Amma bizim də oyunöncəsi psixoloji durumumuz əladır. Axı, komandamız turnir cədvəlində liderdi. Ən yaxın rəqiblərimizdən 5-6 xal qabaqdayıq.
- «Neftçi»nin hücumçusu Bahadır Nəsimov bombardirlər sırasında lider olsa da, xeyli vaxtdır qol vura bilmir.
- Ümumiyyətlə, oyunçulara konkret tapşırıq vermirik ki, sən qol vur. Biz komanda oyunu qururuq. Bu gün Bahadır bizim oyun sistemimizə uyğundu. Hazırda çox yaxşı formadadır. Mən deyərdim ki, Bahadır “Qarabağ”a qarşı göstərdiyi oyunu bəlkə çempionatın heç bir matçında nümayiş etdirməmişdi.
- Bəs, nə üçün onu əvəz etdiniz?
- Biz həm onu həm qorumaq, həm də zədəsi səbəbindən çoxdandır oynamayan Mpenzaya özünü göstərmək üçün şans yaratmaq istəyirdik.
- Gəlin, bir qədər də ən yaxın izləyiciləriniz olan “Qarabağ”la “Xəzər Lənkaran” arasında iki gün sonra keçiriləcək oyun haqda danışaq. Bu matçın hansı nəticəylə başa çatmasını istərdiniz?
- Biz bu dəqiqə başqalarını fikirləşmirik, bu onların məsələsidir. Hər iki komanda özü daha çox fikirləşməlidilər ki, hansı nəticə onları qane edir. Bizim maraqlandıran isə “İnter”lə sabahkı oyunun nəticəsidir. Məqsədimiz odur ki, bu görüşdə də üç xal əldə edək və xal ehtiyatlarımızı artıraraq daha da irəli gedək.
- Oyun ərəfəsində futbolçuların zədəylə bağlı problemi var?
- Təkcə Rodriqinyo zədəlidir. O, iki-üç gün öncə məşqdə yüngül zədələnmişdi. Bu səbəbdən bir neçə gündü məşq etmirdi. Bu gün fərdi məşqlər etdikdən sonra onun durumuna tam aydınlıq gələcək.
- Rodriqinyo çempionatdakı ardıcıl iki oyunda iki qol vurub. Onun artıq Azərbaycan futboluna adaptasiya olduğunu söyləmək mümkündür?
- Yadınızdadırsa, o, bizə təzə transfer olunanda hər kəs düşünürdü ki, komandaya necə uyğunlaşacaq, “Neftçi”yə öz töhfəsini tez bir zamanda verə biləcəkmi? Mən hələ onda demişdim ki, Brazilyadan olan futbolçulara bir az zaman vermək lazımdır. Rodriqinyo artıq o, mərhələni keçdi və heyətə uyğunlaşıb. Demək olar komandanı əsas üzvlərindəndir. İnanıram ki, o, “flaqman”ın liderlərindən birinə çevriləcək.
- “İnter”lə oyunda da “Qarabağ”la matçdakı taktikadan istifadə edəcəksiniz? Yəni erkən qol vuraraq müdafiyəyə çəkilib əks-hücümda oynayacaqsınız?
- Hər bir komandayla matçdan əvvəl onların oyununa baxaraq, xüsusi bir taktika qururuq. “İnter”in oyununu təhlil etmişik. Məhz buna uyğun öz taktikamızı quracağıq. Hansı taktikadır və necə alınacaq, bunu sabahkı oyunda görəcəyik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi