Bu gün günün birinci yarısında ardıcıl iki dəfə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun az əvvəl başa çatan əvəzedici heyətlər arasında «İnter» - «Neftçi» oyununu izləyəcəyi haqda məlumat yayılıb.
Əvvəlcə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.Az saytına verdiyi açıqlamada, daha sonra isə qurumun rəsmi saytı yaydığı məlumatda Foqtsun həmin oyunu tribunadan izləyəcəyini bildirib.
Lakin Berti Foqtsla müsahibə götürmək üçün stadiona gədən Qol.Az-ın əməkdaşı ilginc mənzərə ilə rastlaşıb. Əməkdaşımız nə qədər etsə də, Berti Foqtsu tapa bilməyib. Sonradan məlum olub ki, Foqts, rəsmi səviyyədə verilmiş məlumatların əksinə olaraq, ümumiyyətlə, bu matçda iştirak etməyib.
Meydan sahibi olan «İnter» klubunun nümayəndələri Qol.Az-a bildiriblər ki, Foqtsun həqiqətən də bu oyuna gələcəyi gözlənilirdi. Amma nədənsə, millinin baş məşqçisi oyuna baxmağa getməyib.
Millinin baş məşqçisinin bu addımı hansı səbəbdən atmasının səbəblərini öyrənmək cəhdlərimiz baş tutmayıb.
Amma onu demək olar ki, Berti Foqts bu hərəkəti ilə AFFA-nı pis vəziyyətə qoyub. Çünki məhz onun razılığından sonra AFFA-nın rəsmi şəxsi və rəsmi saytı səviyyəsində millinin baş məşqçisinin bugünkü oyuna gedəcəyi haqda məlumat verilib. Bundan sonra xəbər saytları da bu məlumatı işıqlandırıb. Amma Foqts etdiyi bugünkü hərəkətlə həm AFFA-nı, həm də jurnalistləri aldadıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya