Tərlan Əhmədovu Azərbaycan futbolu ilə maraqlananların hamısı tanıyır. Amma indi söhbət hazırlı müsahibimiz olan Tərlandan getmir. Uzun illər Azərbaycanın müxtəlif klublarında çıxış edən və millimizin də kapitanı olmuş Tərlan Əhmədovun adaşı və soyadışı olan 16 yaşlı Tərlan da hazırda yığma komandamızda oynayır. Hələlik öz yaş qrupunda. Lakin Tərlan inanır ki, bir zamanlar o da böyük Tərlan Əhmədov kimi Azərbaycan futbolunda öz sözünü deyə biləcək.
Tərlanın Qol.Az saytına müsahibəsini təqdim edirik.
- Tərlan, gəl elə, birinci birinci futbola gəlişin haqda danışaq.
- Futbola Yevlax şəhərində başlamışam. İlk müəllimim Akif İsayev olub. Sonra qohumlarımın koməyi ilə Ukraynaya getdim. Orada Kiyev şəhərini təmsil edən «Knyajı» klubunda bir il futbolla məşğul olmuşam. Atam rəhmətə gedəndən sonra vətənə qayıtdım. Burda “Qəbələ” klubuna yoxlanışa getməyimi məsləhət bildilər. Xoşlarına gəldim və məni komandaya götürdülər, sonra onlarla müqavilə bağladım.
- Niyə məhz futbolu seçdin?
- Ona görə ki, futbol mənim həyatımdı.
- Bundan əvvəl aşağı yaş qrupları üzrə milli komandalara dəvət almısan?
- Xeyr. Birbaşa U-16-ya çağırıldım. Bu, üç həftə öncə baş verdi.
- Gələcəkdə əsas millidə öz yerini görürsənmi?
- İnşallah. Hamımız futbolda əziyyətə qatlaşmışıq. Əsas millidə oynamaq hər bir uşağın arzusudu. Hamı kimi mənim də ən böyük arzum əsas yığma komandada oynamaqdı.
- Səninlə eyni ad və soyadı daşıyan Tərlan Əhmədovu tanıyırsan?
- Əlbəttə. Hətta o, mən Yevlaxda futbolla məşğul olanda arayıb məni tapmışdı. Mənə ilk futbolçu butsunu da məhz Tərlan Əhmədov bağışlayıb. Bu faktın özü həmişə mənə stimul verir. Baxmayaraq ki, o müdafiəçi olub, mən isə yarımmüdafiəçiyəm. Ancaq yenə də onu özümə kumir sayıram.
- Bu ad sənə futbolçu Tərlan Əhmədova görə verilib?
- Yox. Tərlan adını mənə təsadüfən atam qoyub. Bəlkə heç özləri də bilmədən belə bir təsadüflə qarşılaşıblar.
- Futbolçu kim ən böyük arzun nədi?
- Əlbəttə ki, “A” milli komandamızın əsas üzvü olmaq istəyirəm. Ondan sonra “Barselona” kimi bir klubda oynamaq arzusundayam.
- Bir gənc futbolçu olaraq futbolumuzun gələcəyini necə görürsən?
- Bu gedişat böyük uğur vəd edir. İkinci bir tərəfdən yadıma gəlir, təzə-təzə futbola gedəndə oynamağa meydança tapmırdıq. İndi isə əksinədi. Götürək məxsus olduğum “Qələbə” klubunu və ya milli komandanı. Bizə hər cür şərait yaradılıb. Bu da gələcək uğurlu karyera baxımından bizi çox ümidli edir.
- Bildiyimə görə, U-16-nın 1 həftəlik təlim-məşq toplanışından sonra İtaliyaya hazırlıq prosesinə aparılacaq heyət müəyyənləşəcək. Bu siyahıda özünü görürsən?
- Artıq göstərdiyim oyun üslubu məni heyətdə yer alacağıma ümidli edir. Lakin hər şey komanda rəhbərliyinin qərarından sonra müəyyənləşəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi