“Səbail”in baş məşqçisi Şahin Diniyevin QOL.az saytına müsahibəsi
- Artıq bir neçə gündür Türkiyə toplanışına start vermisiniz. Hazırlıqlar necə keçir?
- İyulun 5-də Ərzuruma gəldik və axşam ilk məşqə çıxdıq. Ertəsi günü, eləcə də dünən iki məşqimiz oldu. Ümumiyyətlə, hər gün iki məşqimiz olacaq. Daha çox funksional, atletik, fiziki məşqlərə üstünlük verəcəyik. Ona görə ki, fundament qoyulmalıdır, komanda fiziki cəhətdən hazır olmalıdır. Əsas məqsəd budur. Həmçinin 3 yoxlama oyunumuz da nəzərdə tutulub. Orda artıq futbolçuların nəyə qadir olduqlarını görəcəyik.
- Komandaya yeni qoşulan futbolçuların durumu necədir? Kollektivə uyğunlaşa bilirlər?
- Yeni oyunçular komandaya qoşulurlar. Ərzurumda artıq 4 yeni transferimiz bizimlədir - Mərt Çelik, Qorka Larrusea, Dmitro Litvin və Amir Bilali. Bu gün keyfiyyət barədə danışmaq tezdir. Çünki funksional hazırlıq mərhələsindəyik. Lakin hər gün onların nəyə qadir olduqlarını görürük. Adaptasiya üçün bir qədər zaman ehtiyac var. Gördüyümüz odur ki, işlərinə məsuliyyətlə yanaşırlar. Hər məşqdə maksimum çalışırlar.
- Ötən mövsüm əsas qapıçı Səlahət Ağayev idi. Onun gedişindən sonra təcrübəli qapıçı transferi reallaşdırmadınız və belə görünür ki, əsas üstünlüyü Hüseynəli Quliyevə verəcəksiniz. Düşünmürsünüz ki, bu, bir qədər riskli addımdır?
- Qapıçı mövqeyi ilə bağlı hansısa problemimizin olacağını düşünmürəm. Hüseynəli Quliyev çoxdandır şansını gözləyir. Bu gün ona şans vermək vacibdir. O, artıq oynamalı olduğu yaşdadır. Ötən mövsüm də bəzi matçlarda şans qazanmışdı. İnanıram ki, Hüseynəli ümidlərimizi doğruldacaq. Bu addımı risk hesab etmirəm. Düşünürəm ki, Hüseynəli bu mövsüm yaxşı mənada özündən söz etdirəcək. Əlbəttə, Səlahət Ağayev yaxşı qapıçıdır. Ona gələcək karyerasında uğurlar arzu edirəm.
- Bakıdakı məşqlərinizdən birini izləyərkən bir məqam diqqətimi çəkdi. Məşq çox sakit keçirdi, futbolçular hay-küysüz verilən tapşırıqları yerinə yetirirdilər. Bu, nədən irəli gəlir: Şahin Diniyev kollektivdə dəmir nizam-intizam yaradıb, yoxsa loru dildə desək, səs-küylü, hər şeyə mız qoyanlar komandadan gedib?
- Əlbəttə, komanda məsuliyyəti dərk edir, verilən tapşırıqları futbolçular maksimum dərəcədə yerinə yetirirlər. Hər biri məşqdə ürəklə çalışır. Bu da məni sevindirməyə bilməz. Mən həmin məşqçiyəm, futbolçularla eyni üslubda işləyirəm. Ən başlıcası aramızdakı hörməti saxlamaq lazımdır. Futbolçu məşqçidən qorxmamalıdır, məşqçiyə hörmət etməlidir. Həmişə bu prinsiplə işləməyə çalışıram. Bircə ona təəssüflənirəm ki, bu gün komandanı tam da olmasa, 50-60 faiz yenidən yığmalı olduq. Məşqçi üçün bu, ağır olur. Çünki yeni futbolçuları sistemə salmaq üçün bir qədər vaxt tələb olunur.
- Transfer çalışmaları ilə bağlı nə kimi yeniliklər var? Hansı mövqelər üzrə axtarışlarınız davam edir?
- Transfer çalışmalarımız yekunlaşmaq üzrədir. Yerli futbolçularla bağlı bütün məsələləri həll etdik. Hazırda iki mövqedə problemimiz var. “8 nömrə” və hücumda axtarışlarımız davam edir. Seleksiya şöbəmiz gərgin iş rejimindədir. Hazırda 3-4 nəfər bu istiqamətdə çalışırıq. Gərək mümkün variantlar arasında ən yaxşı seçimi edək.
- Məlum məsələdir ki, klubun büdcəsi ötən mövsümlə müqayisədə azaldılıb. Bu məqam heyətin komplektləşdirilməsi baxımından sizə hansı çətinliklər yaradır?
- Çətinliklər hər zaman var, maddi vəziyyətin yaxşı da olsa, pis də olsa. Hər iki halda müəyyən çətinliklər olur. Deməzdim ki, bu gün maddi baxımdan “Səbail”in vəziyyəti faciəvidir. Xeyr, sadəcə biz çalışmalıyıq daha yaxşısını edək, daha irəli gedək. İnkişaf etmək üçün bu cür məqamlara çox fikir verməməliyik. Futbolçuların keyfiyyətinə və ab-havaya diqqət yetirməliyik. Sadəcə seçimimiz düzgün olmalıdır. Maliyyəni qırağa qoymalı və komandanın inkişafı üçün çalışmalıyıq. Bu gün sponsorlar da komandaya isti yanaşırlar. Düşünürəm ki, yeni mövsümdə də hər şey qaydasında olacaq.
- Yeni mövsüm necə bir “Səbail” görəcəyik? Büdcə azaldılmasından sonra demək olarmı ki, əsas məqsəd Premyer Liqada yerinizi qorumaq olacaq?
- “Səbail” yeni mövsümdə autsayder olmayacaq. Komanda sadəcə Premyer Liqada qalmaq üçün mübarizə aparmayacaq. Düşünürəm ki, əlimizdəki futbolçular da daha yaxşı “Səbail” olması üçün çalışacaqlar. Nə qədər gücümüz çatırsa, o qədər də mübarizə aparacağıq. Böyük bir uçurumda deyilik. Komanda futbol oynayacaq və nəticə qazanacaq. Həmişə minimum yox, maksimum üçün çalışmalıyıq. Həm futbolçular, həm məşqçilər, həm də rəhbərlik.
Keyn müqavilə imzalamağa tələsmir
"Barselona" onu hədəfə aldı
Baş məşqçinin qərarına təəccübləndi
CAR-ın DÇ-2026 üçün ilkin heyəti açıqlandı
"Heç bir halda arxayınlaşmaq olmaz" - Kaxaber Sxadadze
AFFA bu klubun 2-ci liqada iştirakına icazə verdi
"Qəbələ" 3 xalı 3 qolla qazandı - Video
Silva "Atletiko"ya keçə bilər
"Qəbələ" "Şamaxı"ya qalib gəldi
"Qalatasaray" Saşa Boeylə bağlı geri addım atır
Avroliqanın rəmzi komandası açıqlandı
Avroliqanın ən yaxşısı seçildi
1-ci liqanı tərk edən komanda bəlli oldu
"Neftçi" İK Azərbaycan kubokunun qalibi oldu
Rəhim Həsənovdan mübahisəli epizodlara şərh - Video
Superliqada yeni legioner limiti tətbiq olunacaq
Seyxan Fərəcov mükafatlandırıldı
"Qəbələ" - "Şamaxı": Heyətlər
Azərbaycanda “transfer pəncərələri”nin vaxtı məlum oldu
Misli Premyer Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
Seneqal millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
“Qarabağ”dan daha bir transfer – Bakıya gəldi
Almaniya millisinin DÇ-2026 üçün heyəti elan edildi
Bunu Sançodan başqa bacaran olmayıb
Çin futbolunda “cəza sunamisi”
Əfsanələrin kameraarxası görüntüləri - Video
Daniel Parexo ilə yollar ayrıldı
38 yaşlı kapitanla müqavilə uzadıldı
Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Şəkil
Kazemiro Messinin komanda yoldaşı olacaq
Xabi Alonso: "Çelsi"nin layihəsi möhtəşəmdir"
Avroliqanın final matçından - Video
Misli Premyer Liqası: Son turun hakimləri məlum oldu
“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi… - Siyahı
Neymar DÇ-2026 öncəsi zədələndi
Avropa Liqasının ağası
Avropa Liqasının qalibi müəyyənləşdi
İki güləşçimiz Avropa çempionatının finalında
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?