Vaqif Sadıqovun ilk qələbəsi

Vaqif Sadıqovun ilk qələbəsi
ÖLKƏ FUTBOLU 4 Aprel 2011 / 00:01 2666
-  A +

Azərbaycanlı mütəxəssis Vaqif Sadıqov Rusiyanın "Anji" klubunun böyük məşqçisi qismində rəsmi oyunlarda ilk qələbəsini qazanıb. Qol.Az-ın məlumatına görə, "Anji" Premyer Liqanın 3-cü turunda ikiqat ölkə çempionu "Rubin"i məğlubiyyətə uğradıb.

Mahaçqaladakı "Dinamo" stadionunda keçirilmiş görüşdə yeganə qola 7-ci dəqiqədə Yan Qolenda imza atıb. O, Kazan komandasının qapısına bu mövsüm vurulan ilk topun müəllifi olub. Meydan sahiblərinin heyətində yığmamızın sabiq futbolçusu Şamil Lahiyalov da çıxış edib. O, 66 dəqiqə meydançada olub. Bu qələbə sayəsində "Anji" xallarını 4-ə çatdırıb və turnir cədvəlində 11-ci pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan millisinin daha bir keçmiş futbolçusu Emin Ağayev hazırda "Anji"də seleksiyaçı-məşqçi vəzifəsində çalışır. Yığmamızın müdafiəçisi Mahir Şükürov isə bu yaxınlarda Mahaçqala komandası ilə yollarını ayırıb.

Daha çox


Son xəbərlər