Portuqaliya millisinin xilaskarından 2 rekord

Portuqaliya millisinin xilaskarından 2 rekord
XƏBƏR 2 İyul 2024 / 10:58 2345
-  A +

Portuqaiya millisinin qapıçısı Dieqo Koşta 2 yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, o, bunu ötən gün Avro-2024-ün 1/8 finalının Sloveniya ilə qarşılaşmasında bacarıb.

Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə baaşa çatıb. Penaltilər seriyasında isə Portuqaliya 3:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. Matçın əsas qəhrəmanı da məhz Koşta olub. 

24 yaşlı qolkiper Avropa çempionatları tarixində penaltilər seriyasında 3 zərbəni dəf etməyi bacaran ilk qapıçıdır. Həmçinin o,  penaltilər seriyasında qol buraxmayan ilk qolkiper adına da yiyələnib. 

Qeyd edək ki, Koşta 2021-ci ildən Portuqaliya millisinin üzvüdür.


Son xəbərlər
03.07.24  17:58

"Səbail"dən ayrıldı