İspaniya La Liqasında növbəti tura "Almeriya" - "Atletik" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, görüş qonaqların qələbəsi ilə nəticələnib.
Hesabı meydan sahibləri açsalar da, "Atletik" 3 qol vuraraq, autsayderə qalib gəlib. Bununla da Bilbao təmsilçisi 45 xalla 5-ci pilləyə yüksəlib. "Almeriya" isə 26 xalla sonuncu pillədə qalıb.
İkinci oyun günündə daha 6 görüş keçirilib. "Atletiko" "Osasuna" üzərində əzmkar səfər qələbəsini Dieqo Koştanın "het-trik"i sayəsində qazanıb. "Sevilya" isə "Osasuna"nın qapısına 3 qolun 2-sini penalti ilə vurub.
Çempionatın sonuna 8 tur qalmış "Real Madrid" çempionluq yolunda ağır zərbə alıb. "Kral klubu" ilk oyun günündə öz meydançasında "Sportinq"ə uduzub. Fürsətdən istifadə edən "Barselona" səfərdə "Vilyarreal"ı minimal hesabla yenərək, ən yaxın izləyicisi ilə xal fərqini 8-ə çatdırıb.
Digər tərəfdən, "Real Madrid"in baş məşqçisi Joze Mourinyonun çalışdırdığı komandaların evdə 9 illik məğlubiyyətsizlik seriyası sona çatıb. Əvvəllər Portuqaliyanın "Benfika", "Leyriya", "Portu", İngiltərənin "Çelsi" və İtaliyanın "İnter" komandalarına rəhbərlik etmiş portuqaliyalı mütəxəssis evdə sonuncu dəfə 2002-ci il fevralın 23-də uduzub. Həmin gün o, "Portu"nun baş məşqçisi kimi "Beyra Mar"a 2:3 hesablı məğlubiyyətdən yaxa qurtara bilməyib. Bundan sonra Mourinyo ayrı-ayrı komandalarla 150 ev oyununda məğlubiyyət acısı dadmayıb. Lakin "Sportinq"n futbolçusu De las Kuevas 79-cu dəqiqədə "Real Madrid"in hazırkı baş məşqçisini məyus edib.
Qeyd edək ki, "kral klubu" bu mövsüm öz meydançasında keçirdiyi əvvəlki 14 görüşün hamısını qələbə ilə başa vurub.
İspaniya çempionatı, 30-cu tur
21:00. "Real Madrid" - "Sportinq" - 0:1
Qollar: De las Kuevas, 79
23:00. "Xetafe" - "Valensiya" - 2:4
Qollar: Manu, 13. Adrian Sardinero, 88 - Roberto Soldado, 46; 64; 66; 77
01:00. "Vilyarreal" - "Barselona" - 0:1
Qol: Xerard Pike, 66
3 aprel
20:00. "Levante" - "Malaqa" - 3:1
Qollar: Kristian Stuani, 6; 71. Ruben Suares, 9 - Sebastyan Fernandes, 61
20:00. "Deportivo" - "Malyorka" - 2:1
Qollar: Xisko, 55. Lassad, 67 - Pyer Vebo, 27
Qırmızı vərəqə: Pyer Vebo, 90 ("Malyorka")
20:00. "Espanyol" - "Rasinq" - 1:2
Qollar: Pablo Osvaldo, 37-pen. - Qonsalo Kolsa, 50. Covani, 75
20:00. Real Sosyedad" - "Erkules" - 1:3
Qollar: Dieqo İfran, 90 - Xavyer Portilyo, 70. Royston Drente, 84; 89
22:00. "Sevilya" - "Saraqosa" - 3:1
Qollar: Dieqo Perotti, 43. Frederik Kanute, 56-pen. Alvaro Neqredo, 90-pen. - İrji Yaroşik, 47
00:00. "Osasuna" - "Atletiko" - 2:3
Qollar: Kike Sola, 31. Cavad Nekunam, 80-pen. - Dieqo Koşta, 38; 60; 63
Penaltini vura bilməyib: Xose Antonio Reyes, 70 ("Atletiko")
Qırmızı vərəqə: Serxio, 84 ("Osasuna")
4 aprel
00:00. "Almeriya" - "Atletik" - 1:3
Qollar: Pablo Pyatti, 6 - İker Muniain, 29. Qaiska Tokero, 52. Pablo Orbais, 60
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
1. |
Barselona |
30 |
26 |
3 |
1 |
82-15 |
81 |
2. |
Real Madrid |
30 |
23 |
4 |
3 |
69-22 |
73 |
3. |
Valensiya |
30 |
17 |
6 |
7 |
46-35 |
57 |
4. |
Vilyarreal |
30 |
16 |
6 |
8 |
48-31 |
54 |
5. |
Atletik |
30 |
14 |
3 |
13 |
47-42 |
45 |
6. |
Sevilya |
30 |
13 |
6 |
11 |
46-44 |
45 |
7. |
Espanyol |
30 |
14 |
1 |
15 |
38-43 |
43 |
8. |
Atletiko |
30 |
12 |
6 |
12 |
45-41 |
42 |
9. |
Malyorka |
30 |
11 |
5 |
14 |
31-40 |
38 |
10. |
Levante |
30 |
11 |
5 |
14 |
33-40 |
38 |
11. |
Rasinq |
30 |
9 |
9 |
12 |
30-44 |
36 |
12. |
Osasuna |
30 |
9 |
8 |
13 |
36-36 |
35 |
13. |
Sportinq |
30 |
8 |
11 |
11 |
28-35 |
35 |
14. |
Real Sosyedad |
30 |
11 |
2 |
17 |
40-51 |
35 |
15. |
Xetafe |
30 |
9 |
7 |
14 |
41-49 |
34 |
16. |
Deportivo |
30 |
8 |
10 |
12 |
25-40 |
34 |
17. |
Saraqosa |
30 |
7 |
9 |
14 |
29-43 |
30 |
18. |
Erkules |
30 |
8 |
5 |
17 |
28-48 |
29 |
19. |
Malaqa |
30 |
8 |
5 |
17 |
39-62 |
29 |
20. |
Almeriya |
30 |
5 |
11 |
14 |
31-51 |
26 |
Bombardirlər: Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real") - 27 top.