Türkiyə Superliqasın növbəti tura "Antalyaspor" - "Qalatasaray" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, görüşə yeni baş məşqçi Bülənt Ündərin rəhbərliyi altında çıxan "Cim-Bom" darmadağın olub.
Tarixinin ən pis mövsümünü keçirən "sarı-qırmızılar"a Ündər də çarə ola bilməyib. "Antalyaspor"un 3 qolundan 2-sini keçmiş "Qalatasaray"lı Necati Atəş vurub. Bu məğlubiyyətdən sonra 33 xalla qalan "aslanlar" 13-cü pilləyə enib. "Antalyaspor" isə 12-ci pilləyə yüksəlib. Digər tərəfdən, "Cim-Bom" ardıcıl 5-ci oyununda qələbəyə həsrət alıb. Bu oyunlardan yalnız 1-də heç-heçə edən "sarı-qırmızılar" 4-də uduzublar.
İkinci oyun günündə daha 4 görüş keçirilib. Günün mərkəzi matçında "Fənərbaxça" ilə "Bursaspor" üz-üzə gəlib. Ardıcıl 10 oyundur xal itirməyən "sarı-lacivərdlilər" son çempionla görüşdə qələbə qazana bilməyiblər. Çempionatın bombardiri Aleks de Souza qol vura bilməsə də, Superliqada 200-cü oyununu keçirib. Onun komandası "Fənərbaxça" isə "Trabzonspor"un vahid liderliyinə əngəl ola bilməyib.
İlk oyun günündə "Trabzonspor" autsayderlərdən olan "Konyaspor"a minimal hesabla qalib gələrək, yenidən liderliyə yiyələnib. Yeganə topun müəllifi Umut Bulut Superliqada 100-cü qolunu vurub. Bununla da Bulut Türkiyə Çempionatında "100-lər klubu"na girən 33-cü futbolçu olub.
"Beşiktaş" isə yeni baş məşqçi Tayfur Havutçunun rəhbərliyi altında ilk məğlubiyyətlə üzləşib. "Qara qartallar" eyni hesabla "Sivasspor"a yeniliblər. Oyunun son 1/3 hissəlik bölümünü azlıqda keçirən istanbulluları matça əlavə olunmuş dəqiqələrdə Cihan Yılmaz cəzalandırıb.
Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun sabiq klubu "Eskişehirspor" da səfərdə oynayıb. Lakin Bülənt Uyğunun komandası "Ankaragücü" ilə heç-heçə edib. Mükafatlara iddialı "Qaziantepspor"u isə bu cür klubların qənimi "Karabükspor" yenib.
Türkiyə çempionatı, 27-ci tur
2 aprel
16:00. "Karabükspor" - "Qaziantepspor" - 3:2
Qollar: Yasin Avcı, 41. Emil Angelov, 63. İlhan Parlak, 90 - İvan de Souza, 7. Olcan Aydın, 81
18:00. "Sivasspor" - "Beşiktaş" - 1:0
Qol: Cihan Yılmaz, 90+3
Qırmızı vərəqə: Tomas Sivok, 65 ("Beşiktaş")
19:00. "Ankaragücü" - "Eskişehirspor" - 2:2
Qollar: Fatih Təkkə, 41. Sərdar Özkan, 74 - Burhan əsər, 35. Batuhan Karadəniz, 71
21:00. "Trabzonspor" - "Konyaspor" - 1:0
Qol: Umut Bulut, 43
3 aprel
16:00. "Manisaspor" - "Gənclərbirliyi" - 0:3
Qollar: Mixael Yedinak, 32. Sərkan Çalık, 55. Mustafa Pektemek, 57
Qırmızı vərəqə: Murat Ərdoğan, 45 ("Manisaspor")
18:00. "Kayserispor" - "Kasımpaşa" - 1:3
Qollar: Səlim Təbər, 88 - Ersen Martin, 45; 69. Şahin Aygünəş, 81
19:00. "İstanbul BB" - "Bucaspor" - 2:1
Qollar: Pavel Londak, 70-avt. Filip Holoşko, 86 - Abdulkadir Özgen, 65
21:00. "Fənərbaxça" - "Bursaspor" - 0:0
4 aprel
22:00. "Antalyaspor" - "Qalatasaray" - 3:0
Qollar: Erkan Sekmen, 31. Necati Atəş, 58; 70-pen.
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
1. |
Trabzonspor |
27 |
19 |
6 |
2 |
55-21 |
63 |
2. |
Fənərbaxça |
27 |
19 |
4 |
4 |
62-27 |
61 |
3. |
Bursaspor |
27 |
14 |
10 |
3 |
42-20 |
52 |
4. |
Qaziantepspor |
27 |
13 |
7 |
7 |
36-25 |
46 |
5. |
Kayserispor |
27 |
12 |
7 |
8 |
36-30 |
43 |
6. |
Eskişehirspor |
27 |
11 |
9 |
7 |
31-27 |
42 |
7. |
Beşiktaş |
27 |
11 |
6 |
10 |
41-32 |
39 |
8. |
İstanbul BB |
27 |
11 |
4 |
12 |
34-33 |
37 |
9. |
Karabükspor |
27 |
10 |
7 |
10 |
41-42 |
27 |
10. |
Manisaspor |
27 |
11 |
2 |
14 |
39-43 |
35 |
11. |
Ankaragücü |
27 |
8 |
9 |
10 |
38-45 |
33 |
12. |
Antalyaspor |
27 |
8 |
9 |
10 |
27-34 |
33 |
13. |
Qalatasaray |
27 |
10 |
3 |
14 |
29-37 |
33 |
14. |
Gənclərbirliyi |
27 |
8 |
7 |
12 |
31-41 |
31 |
15. |
Sivasspor |
27 |
7 |
7 |
13 |
33-46 |
28 |
16. |
Bucaspor |
27 |
5 |
6 |
16 |
20-42 |
21 |
17. |
Kasımpaşa |
27 |
5 |
5 |
17 |
26-56 |
20 |
18. |
Konyaspor |
27 |
3 |
8 |
16 |
20-40 |
17 |
Bombardir: Aleks de Souza ("Fənərbaxça") - 19 qol.