Qadın voleybolçular "Bakı" - "Xəzər Lənkəran" oyununun yayım saatını dəyişdirdilər

Qadın voleybolçular "Bakı" - "Xəzər Lənkəran" oyununun yayım saatını dəyişdirdilər
ÖLKƏ FUTBOLU 2 Aprel 2011 / 00:13 2980
-  A +

Unibank Premyer Liqasının XXV turu çərçivəsində keçiriləcək "Bakı" - "Xəzər Lənkəran" matçının başlama saatı dəyişdirilib. Qol.Az-ın "Xəzər Lənkəran"ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, oyun öncədən nəzərdə tutulduğundan 2 saat gec başlanacaq.

Yəni, aprelin 2-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın start fiti saat 18:00-da çalınacaq. Başlama saatının dəyişdirilməsinə görüşün televiziya ilə canlı yayımı səbəb olub. Saat 16:00-dan etibarən "İdman Azərbaycan" telekanalında "Lokomotiv" və "Azərreyl" komandaları arasında "Çelenc" Kubokunun final matçının yayımı başlanacaq. Buna görə də futbol matçı voleybol oyunundan sonraya keçirilib.

Daha çox


Son xəbərlər
topaz banner