“Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradovun QOL.az saytına müsahibəsi
- Artıq iki gündür yeni mövsümün hazırlığına başlamısınız. Məşqlər necə gedir?
- Hazırlığımız yüksək səviyyədə gedir. Ağır məşqlərə köklənmişik. Gündə bir dəfə məşq edirik. Hər şey qaydasındadır.
- Məşqlərinizdə “Barselona” üslubu hiss olunur? Çünki baş məşqçiniz Samir Abasov bir müddət əvvəl “Barselona”da təcrübədə olmuşdu.
- Samir müəllimin məşq proqramı həmişə fərqlidir. Yəni o, hər dəfə məşqlərdə fərqli nəsə etməyimizi istəyir. O, bizə bildirmir ki, bu məşq prosesi sırf “Barselona”ya məxsusdur, yaxud da başqa bidir. Bunu onun özü bilir. Samir müəllim, məşqlərdə öz savadını ortaya qoyur. Demək olar ki, hər gün fərqli nəsə edir.
- Konfrans Liqasında Macarıstanın “Fehervar” klubuna rəqib oldunuz. “Qəbələ”də çıxış edərkən bu komandaya qarşı iki oyun keçirmiş biri kimi rəqib haqda nə düşünürsən?
- Püşkatma günü 5 potensial rəqib bilinəndə düşünürdüm ki, bizə “Fehervar” düşəcək. Bunu hiss etmişdim. Əslində həm də bunu çox istəyirdim. Fikirləşirdim ki, revanş oyunu olsun. Bir dənə tanış rəqib də “Fehervar” idi. Təbii ki, güclü kollektivdir. Macarıstanın 3 güclü komandasından biridir. Düşünürəm ki, ağır oyun olacaq, amma Allahın izni ilə gülən tərəf biz olarıq.
- “Fehervar”a qarşı o vaxtkı “Qəbələ” daha şansı idi, yoxsa indiki “Sumqayıt”?
- İndi o vaxtkı heyətlə müqayisədə “Fehervar”da cəmi iki oyunçu qalıb. Biri kapitan Attila Fiola, biri isə yarımmüdafiəçi Ruben Pintodur. Amma onu da deyim ki, bunlar aparıcı oyunçulardır, komandanın özəyidirlər. O vaxt “Qəbələ”nin heyəti tam formalaşmış, iki il bir yerdə oynayan kollektiv idi. “Sumqayıt” isə hazırda yeni komandadır. Gedənlər var. Yeni gələnlər isə gərək tez adaptasiya olunsun. Məncə, layiqli mübarizə apara bilərik.
- “Qəbələ”də çıxış edərkən “Fehervar”a həm qol vurmuşdun, həm də oyunda qol ötürməsi etmişdin. Bu dəfə də səndən oxşar performansı gözləmək olar?
- Təbii ki, olar. Əlimdən gələnin ən yaxşısını edəcəm ki, komandamızı və azarkeşlərimizi sevindirim. Çalışacam ki, “Fehervar”a yenə qol vurum.
- Püşkatmadan sonra yəqin ki, komanda yoldaşların və məşqçilər “Fehervar”la bağlı səndən nələrsə soruşublar. Onlara cavabın nə oldu?
- Bəli, məşqçilərlə də söhbətimiz oldu, komanda yoldaşlarım da soruşur. Bildirmişəm ki, rəqib yaxşı komandadır. Azarkeşləri çoxdur, öz meydanlarında daha sərbəst oynayırlar. Qəbələdəki oyunda onlara 2:1 hesabı ilə qalib gəlmişdik. Amma onlar ilk oyunda bizi 4:1 udmuşdular deyə səfərə rahat gəlmişdilər. İndi “Fehervar”da dəyişikliklər də çoxdur. Bunları komandamıza çatdırdım.
- “Sumqayıt”ın Konfrans Liqasında bu mövsüm potensialı hara qədərdir?
- Yaxşı mübarizə aparmaq, azarkeşlərimizi sevindirmək və nə qədər bacarırıqsa, irəli getmək istəyirik. İnanıram ki, “Fehervar”la oyuna yaxşı hazırlaşıb, istədiyimiz nəticəni qazanacağıq. Məncə, Samir müəllimin tapşırıqlarını yerinə yetirə bilsək və əlimizə düşən şanslardan istifadə etsək, sevinən tərəf biz olacağıq.
Ramiq Ağaməmmədov
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?