Klark 1:5-i şərh etdi - "Özümüzə yer tapa bilmədik"

Klark 1:5-i şərh etdi - "Özümüzə yer tapa bilmədik"
AVRO-2024 15 İyun 2024 / 10:05 1880
-  A +

“Almaniya komandası əla idi. Təəssüf ki, onlarla bərabər oyun göstərə bilmədik".

QOL.az xəbər verir ki, bu sözləri Şotlandiya millisinin baş məşqçisi Stiv Klark Avro-2024-ün açılış matçında Almaniyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

İlk hissədə rəqibin aşkar üstünlüyü qarşısında aciz qaldıqlarını bildirən mütəxəssis qarşıdakı iki oyunda 4 xalı hədəflədiklərini bildirib: "Birinci hissədə rəqib bizdən çox sürətli idi. Ona görə də oyunda özümüzə yer tapa bilmədik. Ancaq turnirdə nə etməli olduğumuz hələ qarşıdadır. Biz buna diqqət yetirməliyik. Qarşıdakı iki oyunda hədəfimiz dörd xaldır”.

Daha çox


Son xəbərlər