Portuqaliya Çexiyaya, Türkiyə Gürcüstana qalib gəldi

Portuqaliya Çexiyaya, Türkiyə Gürcüstana qalib gəldi
AVRO-2024 19 İyun 2024 / 00:56 14147
-  A +

Bu gün Avro-2024-də 1-ci tura yekun vurulub.

QOL.az xəbər verir ki, turun son oyun günündə 2 matç keçirilib.F qrupunda qardaş Türkiyənin millisi ilə qonşu Gürcüstan ilə üz-üzə gəlib. Bununla da gürcülər Avropa çempionatlarının final mərhələsi tarixində ilk oyunlarına çıxıblar.

Dortmunddakı “BVB-Ştadion”da keçirilən matçda Türkiyə rəqibinə 3:1 hesabı ilə qalib. 

Tura isə bu qrupun digər oyunu - 39 yaşlı Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya Çexiya ilə qarşılaşıb. Portuqaliya millisi “Leyptsiq Ştadium”da təşkil olunan oyunda 2:1 hesablı qələbə qazanıb. 

18 iyun

F qrupu

20:00. Türkiyə - Gürcüstan - 3:1 

Qollar: Mert Müldür, 25 (1:0), Georges Mikautadze, 32 (1:1), Arda Güler, 66 (2:1), Kerem Aktürkoğlu, 90+7 (3:1)

Baş hakim: Fakundo Telyo (Argentina).

Dortmund, "Siqnal İduna Park" stadionu.

23:00. Portuqaliya - Çexiya - 2:1

Qollar: Robin Hranaç, 69-avtoqol, Fransisko Konseyçao, 90+2 - Lukas Provod, 62

Baş hakim: Marko Quida (İtaliya).

Leyptsiq, "Red Bull Arena".

N Komandalar O Q H M T-F X
1 Türkiyə 1 1 0 0 3-1 3
2 Portuqaliya 1 1 0 0 2-1 3
3 Çexiya 1 0 0 1 1-2 0
4 Gürcüstan 1 0 0 1 1-3 0

Son xəbərlər