Yaxın günlərdə ölkənin 3 stadionunda ot örtüyünün təmirinə başlanılacaq. Həmin arenalar Tofiq Bəhramov adına Respublika, Lənkəran şəhər mərkəzi və İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionlarıdır.
Təmir işləri Bolqarıstanın “Bayk Plus Ltd” şirkəti tərəfindən həyata keçiriləcək. Şirkətin rəhbəri Borislav Kolevin açıqlamasında Respublika stadionunda təmir işlərinə aprelin 4-də başlayacaqlarını bildirib. Onun sözlərinə görə, təmir işləri meydançanın ot örtüyünə qulluğun göstərilməsindən ibarət olacaq. Bu məqsədlə qazona xaricdən gətirilmiş dərmanlar, toxumlar və gübrələr səpiləcək.
İki ayadək davam edəcək təmir işləri müddətində meydançada oyunlar keçirmək də mümkün olacaq. Kolev bildirib ki, çoxlu oyun keçirildiyindən, mərkəzi arena həddindən artıq yüklənib: “Sonuncu dəfə bu arenanın ot örtüyünə 2002-ci ildə xüsusi qulluq göstərilib. Ot örtüyünə qulluq prosesində heç bir səhvə yol verilməyib. Yəqin ki, meydançada artıq yüklənmələr olub”.
Şirkət rəhbəri iyunun 7-də Azərbaycan yığmasının Bakıda Almaniya ilə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçınadək stadionun hazır olacağını vurğulayıb: "Elə edəcəyik ki, yığmamız və Avropa kuboklarında çıxış edəcək klublarımız ot örtüyü sarıdan heç bir çətinliklə üzləşməsin" (lent.az).
Alleqri və Poçettino...
Gözəl seyvlər, son dəqiqə qolu - Video
Vitali Vernidub: "Son dəqiqələr haqda danışmaq istəmirəm"
Zirədəki qalmaqaldan - Video
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
“Neftçi” Zirədə qələbəni son anda əldən verdi
Vadjinin qolu, Batistanın dublu - Video
"Zirə"nin futbolçusu mükafatlandırıldı
DÇ-2026-nın ən bahalı biletlərinin qiyməti açıqlandı
Andrey Demçenko: "Məsuliyyəti üzərimə götürürəm"
Kurban Berdıyevdən qələbə şərhi
"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov
"Zirə" - "Neftçi": Heyətlər
"Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı
Azərbaycan millisi Gürcüstana da məğlub oldu
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
AFFA -da Premyer Liqa klubları üçün seminar
“Liverpul” köklü islahata hazırlaşır
Mundiallar tarixində ilk - İnfantino açıqladı
Rusiyanın rəqibləri arasında Azərbaycan millisi də var
"Qarabağ" azarkeşlərə müraciət etdi
"Barselona" qərar verib, Flik "gözlə" deyir