"Beşiktaş" "Qarabağ"ın futbolçusu Leandro Andradeni heyətinə qatmaqda israrlıdır.
QOL.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
İstanbul təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin meneceri ilə danışıqlar aparır. Klub "Qarabağ" ilə danışıqları da davam etdirir.
Daha əvvəl "Beşiktaş" və "Fənərbaxça"nın Andrade üçün "Qarabağ"a təklif göndərdiyi, lakin klubun bu təklifləri qəbul etmədiyi bildirilmişdi. “Qarabağ”dan QOL.az-a verilən açıqlamada isə Andradeyə görə heç bir rəsmi təklif almadıqları vurğulanmışdı.
Andrade bu ilin fevralında “Qarabağ”la müqaviləsini 2027-ci ilin iyununa kimi uzadıb. Onun sözləşməsində 4 milyon avroluq sərbəst qalma bəndi də var. "A Bola"nın yaydığı məlumatda isə "Beşiktaş"ın Leandro üçün 4 milyon avro ödəməyə hazır olduğu bildirilib.
"İnter" üçün ağır xəbər
13 il, 80-ci qol
Premyer Liqa klubları koreyalı futbolçunu hədəfə aldı
UEFA-dan "Fənərbaxça"ya qadağa
"Aston Villa" yenidən ona göz dikdi
16 yaşlı futbolçu vəfat etdi
"Fənərbaxça" - "Nottingem Forest" Heyətlər
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
"İnter" rəqibin stadionunu sərt tənqid etdi
Şəhriyar Məmmədyarov finalda
Kurtua Fransa klubunun səhmdarı olacaq
"Milan"ın müdafiəçisi sıradan çıxdı
"Qarabağ"a 4 qol vurdu, həftənin ən yaxşı oyunçusu seçildi