Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov çıxış etdiyi «Kocaelispor»un İstanbulda “Qalatasaray” üzərindəki parlaq qələbəsiylə bağlı Qol.Az saytına müsahibə verib
- Çox çətin oyun oldu. “Qalatasaray”la səfərdə oynamağın nə demək olduğunu açıqlamağa ehtiyac yoxdur. Amma hazırda elə vəziyyətdəyik ki, şiddətli xala ehtiyacımız var. Bu mənada, kiminlə harada oynamaq bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki qələbədən başqa yolumuz yoxdur. Düzdür, dünənki oyun bizim üçün pis başladı və erkən qol buraxıdq. Amma bu qol sanki uşaqlarda qəzəb yaratdı və hər kəs nəyi var ortaya qoydu. Allaha şükürlər olsun ki, sonda istəyimizə çatdıq.
- Öz oyununu necə qiymətləndirərdin?
- Çıxdım, oynadım. Elə bir söz deyə bilmərəm.
- Türkiyənin istər qəzetləri, istərsə də telekanalları sənin oyunun haqqında yüksək fikirlər söyləyiblər.
- Bunlardan xəbərim yoxdur. Çünki gecə gəlmişik və gələn kimi də yıxılıb yatmışam. Açığı, bütün bunlar marağımda da deyil. “Qalatasaray”ı məğlub etməklə iş bitmir, axı. Bunun davamı gəlməlidir. Bizim əsas hədəfimiz Superliqada yerimizi qorumaqdır. Bunu bacarmadıqdan sonra sabah heç kim “Kocaelispor”un və yaxud Rəşadın “Qalatasaray”a qarşı necə oynadığını yada salmayacaq.
- “Qalatasaray”ı “Ali Sami Yen”də bu cür hesabla darmadağın etməyiniz sənin üçün gözlənilməz olmadı?
- Açığı, gözlənilməz oldu. Amma bizim komandanın bir yaxşı xüsusiyyəti var ki, əks-hücumlara çox yaxşı çıxırıq. Heyətimizdə sürətli futbolçuların olması buna imkan verir.
- Rəqibin bu cür bərbad oynayacağını gözləyirdin?
- Həyatımda ilk dəfə idi “Qalatasaray”a qarşı oynayırdım. Özü də “Ali Sami Yen”də. Səmimi desəm, meydançaya çıxarkən içimdən qəribə bir hiss gəldi. «Qalatasaray»ın oyununa gəlincə, həmin gün biz daha yaxşı oynadıq və qələbəyə layiq idik.
- Matçdan sonra klubunuzun prezidenti və baş məşqçisi sizə nə dedi?
- Baş məşqçi hamını bir-bir qələbə münasibəti ilə təbrik etdi. Klub prezidentə də həmçinin. Amma yuxarıda mənim sizə dediyim sözləri onlar da bizə dedilər. Yəni bu qələbənin davamı gəlməlidir. Bu olmasa və birinci diviziona düşsək, heç kim “Qalatasaray” oyununa görə bizi xatırlamayacaq. Hazırda bu oyunu unudub bütün diqqətimizi həftə sonu keçiriləcək “Bursaspor” matçına yönəltmişik.
- Sizinlə bərabər əsas rəqiblərinizdən olan “Dənizlispor”la “Ankaragücü” də səfərdən qələbə ilə döndü. Buna görə əhvalınız korlanmadı ki?
- Çox pis olduq. Səfərdə bu cür qələbə qazanasan, amma aradakı xal fərqi azalmaya. Lakin buna görə o qədər də üzülmək lazım deyil. Hələ irəlidə xeyli oyun olacaq. Bizim əsas rəqiblərimizin də öz aralarında matçları olacaq. Məsələn, dünən “Antalyaspor” uduzdu və onlarla aramızdakı xal fərqi bir qədər azaldı.
- Türkiyə mətbuatında belə söhbət gəzir ki, guya Skibbeni istefaya göndərmək üçün “Qalatasaray” futbolçuları özləri qəsdən zəif oynayıblar. Sən meydançada belə bir şey hiss elədin?
- Yox. Ümumiyyətlə, bu fikirlər kökündən yalnışdır. Bizim komandada oynayan bir çox futbolçunun “Qalatasaray”larla sıx münasibətləri var və onların sözlərinə əsasən deyə bilərəm ki, futbolçular Skibbeni çox istəyirlər və heç vaxt ona qarşı bu cür addım atmazlar. Sadəcə bilirsiniz problem nəylə bağlı ola bilər? “Qalatasaray” futbolçuları almaniyalını bir məşqçi kimi hələ qəbul edə bilmirlər. Bu da ondan irəli gəlir ki, Skibbe futbolçuları ilə çox səmimi münasibət saxlayır. Onlarla baş məşqçi kimi yox, bir dost kimi davranır və futbolçulara hər cür azadlıq verir. Başqa bir məsələyə də toxunmaq istəyirəm. “Qalatasaray” futbolçularının qəsdən zəif oynadığını iddia edənlər niyə həqiqətə söykənən real faktlardan danışmırlar? Bizdən əvvəl İstanbul klubu iki çətin kubok oyunu oynadı. Ardından çempionat oyunu gəldi. Bunun ardından UEFA kuboku çərçivəsində səfərdə “Bordo” ilə qarşılaşma. Bizdən sonra yenə «Qalatasaray»ı “Bordo”yla, ardınca Türkiyə Super Liqasının növbəti çətin oyunu gözləyir. Bilirsiniz “Qalatasaray” futbolçuları nə qədər güc itirirlər? Nədənsə, bunu deyən yoxdur. Bizimlə oyunda baş məşqçi Ardanı əvəzləmədən meydançaya buraxdı. Baroş ümumiyyətləm oynamadı. Çünki “Bordo” matçını düşünürdülər. İstəyirdilər ki, az güc sərf etməklə bizi məğlub etsinlər.
- Ramal Hüseynov nədənsə, hələ də “Kocaelispor”da debüt edə bilmir.
- Ramalın oyununu baş məşqçi bəyənir. Ola bilsin, baş məşqçi hələ Hüseynovu oynamağa tam hazır saymır. Burada vəziyyət elədir ki, hazırlıq zamanı polar saatlardan istifadə olunur. Burada isə futbolçunun fiziki göstəriciləri televizorda dərhal əks olunur. Ramal klubun düşərgəsinə gec gəldiyindən təlim-məşq toplanışına yarıdan qoşuldu. Bu mənada, hələ hazırlığı tam qaydasında olmaya bilər. Bir də Türkiyədə gərək yerini heç kimə verməyəsən. Kimsə əsas heyətdə möhkəmləndi onu oradan çıxarmaq müşkül məsələdir. Bəs, mən nəyə görə bəzən iynə altında olsa, belə meydançaya çıxıram? Çünki əsas heyətdəki yerimi itirmək istəmirəm.
- “Boluspor”da oynayan İlqarın da işləri yaxşı gedir və komandası ardıcıl qələbələrdən sonra Super Liqaya çıxmaq üçün yaxşı şans qazanıb. Heç onunla görüşürsünüz?
- Əlbətdə görüşürük. Adətən, bu, həftə sonları baş verir.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə