Avropa Liqasında 2023/24 mövsümü başa çatdı. "Atalanta" (İtaliya) həlledici görüşdə bütün turnirlərdə 51 oyundur uduzmayan "Bayer"i (Almaniya) 3:0 hesabı ilə məğlubuyyətə uğradaraq tarixində ilk dəfə Avropa Liqasının qalibi oldu.
Məlumdur ki, bu yarışda Azərbaycan çempionu "Qarabağ" da mübarizə aparırdı və onlar yarışın 1/8 finalında gələcək finalçı "Bayer"ə uduzaraq (2:2, 2:3) mübarizəni dayandırmalı oldu.
Avroliqada mövsümün yekununa əsasən, "Qarabağ"ın statistik göstəriciləri bəlli olub.
Ən çox qol vuran, ən çox hücum edən komandalardan biri...
QOL.az UEFA-nın statistik məlumatlarına istinadən xəbər verir ki, komanda hesabında "Qarabağ" ən çox qol vuran klublar sırasında "Sparta" (Çexiya) ilə birgə 8-ci yeri tutub (17 qol). "Sportinq", "Renn", "Vest Hem" və "Milan" kimi klublar Ağdam klubundan geridə qalıblar. "Bayer" isə 31 qolla bu siyahıda 1-ci, İngiltərə "Liverpul"u (29 qol) 2-ci, Fransa "Olimpik"i (27) 3-cü olub.
Bundan başqa, Qurban Qurbanovun komandası ən çox hücum edən klublar sırasında TOP-10-a düşərək 8-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi Avroliqada mövsüm ərzində 335 dəfə hücum edib və bu göstəricidə ən yaxın izləyiciləri "Roma", "Sparta" kimi klubları qabaqlayıb. Siyahıda ilk yeri isə "Bayer" (521) tutub.
"Qarabağ" müdafiə xəttində topu ələ almağa görə (431 dəfə) isə 5-ci olub. Bu göstəricidə də "Atalanta" (629) mövsümü lider kimi başa vurub.
"Qarabağ" seyv sayında (44 dəfə) isə yalnız "Roma"dan (54) geridə qalaraq 2-ci yerdə qərarlaşıb.

İntizamsızlıqda da "fərqləndilər"
Ağdam təmsilçisi intizamsız oyunu ilə də diqqət çəkib. Komanda bu göstəricidə 117 qayda pozuntusu ilə 5-ci yeri tutub. Azərbaycan çempionu 10 oyunda 28 sarı, 3 qırmızı vərəqə alıb. Bu siyahının lideri "Atalanta" isə 13 matçda 203 qayda pozuntusuna yol verib.
Futbolçulara gəlincə..
"Qarabağ"lı Juninyo 5 qolla bombardirlər siyahısına düşüb bilib və eyni sayda fərqlənən 10 futbolçu ilə birgə 5-ci yeri bolüşdürüb. Yarışın bombardiri adını isə 10 qolla "Olimpik"in hücumçusu Pyer-Emerik Obameyanq qazanıb. Juninyo qapıya ən çox zərbə endirən (24 dəfə) futbolçuların siyahısında isə 10-cu olub (1-ci yer Obameyanq - 39 dəfə).

"Qarabağ"ın qapıçısı Andrey Lunyov ən çox seyv edən futbolçuların sırasında 2-ci yeri tutub (44 dəfə). "Roma"lı Svilar 54 dəfə top qaytarmaqla birinci olub.
"Qarabağ"ın oyunçularından iki nəfər isə rəqibə qarşı ən çox kobud oynayan futbolçular sırasında 10-luğa düşüblər. Bunlar Julio Romao (5-ci yer, 19 qayda pozutunsu, 5 sarı vərəqə) və Juninyodur (7-ci yer, 17 qayda pozuntusu, 2 sarı vərəqə). Bu turnirdə 2 dəfə qırmızı vərəqə almış Elvin Cəfərquliyev isə siyahıda ümumən 12 qayda pozuntusu ilə 33-cü olub.
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu