Belçika - Azərbaycan matçına biletlər isti peraşki kimi satılır

Belçika - Azərbaycan matçına biletlər isti peraşki kimi satılır
ÖLKƏ FUTBOLU 29 Mart 2011 / 00:01 3274
-  A +

Bu gün Belçika və Azərbaycan yığmaları arasında Avro-2012-nin seçmə matçının keçiriləcəyi "Rua Boduen" stadionunda tribunaların tam dolacağı ehtimalı böyükdür. Qol.Az-ın yerli "7sur7.be" saytına istinadən yaydığı xəbərə görə, martın 28-də oyuna biletlər isti peraşki kimi satılıb.

Artıq 26 min bilet alınıb. Lakin Belçika Futbol Federasiyası oyunadək 35 min bilet satmaq niyyətindədir. Həmkarlarımızın fikrincə, 50122 nəfər tamaşaçı tutumuna malik "Rua Boduen"də çoxdandır bu qədər azarkeş olmayıb. Martın 25-də Avstriya üzərində 2:0 hesablı səfər qələbəsi küskün sakinləri Belçika yığması ilə barışmağa sövq edib. Onlar Azərbaycan yığması ilə oyunda da qələbənin qazanılacağına ümidlidirlər.

"Burrda" idman geyimləri mağazası isə martın 28-də kampaniya keçirib. Belə ki, Belçika yığmasının yeni formasını alan azarkeşlər üçün 50 ədəd pulsuz bilet ayırıb. Bilet satışı bu gün Bakı vaxtı ilə saat 21:00-dək davam edəcək.

Qeyd edək ki, Belçika - Azərbaycan matçı saat 23:45-də başlanacaq.

Daha çox


Son xəbərlər