"Qarabağ"ın futbolçuları Albaniya yığmasında da qələbə qazandılar

"Qarabağ"ın futbolçuları Albaniya yığmasında da qələbə qazandılar
ÖLKƏ FUTBOLU 27 Mart 2011 / 14:44 3103
-  A +

"Qarabağ" klubunun futbolçuları Ansi Aqoli və Admir Teli Albaniya yığmasının heyətində AÇ-2012-nin seçmə matçında Belarus üzərində qələbəyə seviniblər. Qol.Az-ın məlumatına görə, 1:0 hesabı ilə başa çatan görüşdə Aqolli və Teli 90 dəqiqəni əvəz olunmadan keçiriblər.

"Xəzər Lənkəran"ın müdafiəçisi Elvin Beçiri isə 18 nəfərlik iştirak ərizəsində yer alsa da, xorvatiyalı baş məşqçi Yosip Kuje onu meydançaya buraxmayıb. Yeganə topu isə 62-ci dəqiqədə Həmdi Salihi vurub. Bu qələbə sayəsində Belarusla xallarını bərabərləşdirən Albaniya yığması D qrupunda hərəyə 8 xalla 2-3-cü yerləri bölüşdürür.

Bu, Azərbaycan Premyer Liqasında çıxış edən legionerlərin iştirakı ilə yeganə qələbə olub. "Bakı"nın baş məşqçisi Aleksandr Starkovun rəhbərlik etdiyi Latviya millisi səfərdə İsrailə uduzub - 1:2. Starkov start heyətində AZAL-ın müdafiəçisi Ritus Kryauklislə "Qarabağ"ın yarımmüdafiəçisi Andrey Rubinə etimad göstərib. Kryauklis 90 dəqiqəni əvəz olunmadan keçirib. Rubin isə 57-ci dəqiqədə yerini Andrey Pereplyotkinə verib. Latviyanın yeganə topunu isə yenə 62-ci dəqiqədə Kaspars Qorkşs vurub. 

Makedoniya da İrlandiyaya eyni hesabla uduzub. "Neftçi" və "İnter"dən çağırılan legionerlərin hər 3-ü start heyətində yer almayıb. Yalnız flaqmanın müdafiəçisi Slavço Georgiyevski 84-cü dəqiqədə Məhəmməd Dəmirinin yerinə meydançaya daxil olub. "Neftçi"nin digər futbolçusu İqor Mitreski ilə "İnter"in oyunçusu Filip Despotovski sonadək ehtiyatda qalıb. Makedoniyanın yeganə qolunu 45-ci dəqiqədə İvan Triçkovski vurub.       

Daha çox


Son xəbərlər