Yığmamız böyük hesablı qələbə qazandı

Yığmamız böyük hesablı qələbə qazandı
ÖLKƏ FUTBOLU 26 Mart 2011 / 21:17 3048
-  A +

Bu gün İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib. Qol.Az-ın məlumatına görə, "UD Marbelya" komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qalib gəlib.

Qolları Cavid İmamverdiyev (39-cu dəq.), Emin Mustafayev (77), Emin Mehdiyev (79) və Kamil Nurəhmədov (85) vurub. Yığmamız Marbelya şəhərində martın 24-də keçirdiyi yoldaşlıq oyununda Qvineyanın U-21 komandasını 1:0 hesabı ilə məğlub etmişdi. Hər iki qarşılaşma www.affatv.az saytında test olaraq canlı yayımlanıb.

Yığmamız martın 29-da, Bakı vaxtı ilə saat 19:00-da rusiyalı həmyaşıdları ilə qarşılaşacaq. Həmin oyunun da  www.affatv.az  saytında test olaraq canlı yayımı nəzərdə tutulub.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner