Azərbaycan millisi Brüsseldə

Azərbaycan millisi Brüsseldə
ÖLKƏ FUTBOLU 26 Mart 2011 / 21:11 2549
-  A +

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası bu gün Brüssel şəhərinə gedib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, millimiz Brüsseldəki "Dolce Hotels and Resorts"da qalacaq.

Komandamız Belçika paytaxtına Almaniyanın Veqberq şəhərindən yollanıb. Millimiz Veqberqdə martın 19-dan təlim-məşq toplanışında olub. Belçika – Azərbaycan oyunu martın 29-da Brüsseldəki "Rua Boduen" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Daha çox


Son xəbərlər