Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşdi

Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşdi
ÇEMPİONLAR LİQASI 9 May 2024 / 01:01 8324
-  A +

Bu gün Çempionlar Liqasında ikinci finalçı da məlum olub.

QOL.az xəbər verir ki, yarımfinalın digər cavab görüşündə “Real” öz meydanında "Bavariya” üz-üzə gəlib. 

Komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməmişdi – 2:2. Bugünkü oyunda isə hesabı "Bavariya" açıb. Ancaq "Real" Xeselunun dublu ilə 2:1 hesablı əzmkar qələbə qazanaraq finala yüksəlib. Madrid klubu finalda "Borussiya" (Dormtund) ilə qarşılaşacaq.

Qeyd edək ki, final oyunu iyunun 1-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.

 

8 may

UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu

23:00 "Real" (İspaniya) – "Bavariya" (Almaniya) - 2:1

Qollar: Deyvis, 68 (0:1), Xesulu, 88 (1:1), 90+1 (2:1)
İlk oyun 2:2

7 may

PSJ (Fransa) – "Borussiya" (Dortmund, Almaniya) - 0:1

İlk oyun 0:1


Son xəbərlər