Tiaqo Silvanın yeni klubu rəsmiləşdi

Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
XƏBƏR 7 May 2024 / 19:37 4339
-  A +

"Çelsi"dən ayrılan müdafiəçi Tiaqo Silvanın "Fluminense"yə keçidi rəsmiləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 39 yaşlı futbolçu Braziliya klubuna azad agent kimi qatılıb.  Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Silva 2006-2009-cu illərdə də "Fluminense"də çıxış edib.

Qeyd edək ki, T.Silva 2020-ci ildən "Çelsi"də oynayırdı. O, "zadəganlar"ın heyətində ümumilikdə 152 oyuna çıxıb, 9 qol vurub və 4 qolun ötürməsini verib.


Son xəbərlər