"Qalatasaray" klubu baş məşqçi George Hacı ilə yollarını rəsmən ayırıb. Qol.Az-ın məlumatına görə, klub prezidenti Adnan Polatla Hacı və meneceri Cici Bekali arasında keçirilmiş görüşdən sonra belə bir qərar qəbul olunub.
Polat növbəti mövsümdə baş məşqçi postunu yeni mütəxəssisə etibar etməyi düşündüklərini söyləyib. Bu zaman 46 yaşlı mütəxəssis elə indidən "sarı-qırmızılar"ı tərk etməsinin klubun gələcəyi üçün daha sərfəli ola biləcəyini vurğulayıb. Ona mövsümün sonunadək komandanın sükanı arxasında qalması təklif olunsa da, razılaşmayıb. Nəticədə 2011-2012-ci il mövsümünün sonunadək olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib. Hacı növbəti mövsüm üçün alacağı 1 milyon avrodan imtina edib. Onun köməkçisi Boqdan Vintilaya və bir müddət "Neftçi"də də çalışmış fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorreyə isə ayrı-ayrılıqda 100 min avro təzminat ödənilib.
"Qalatasaray"da mövsümün sonunadək baş məşqçiliyə Bülənt Ündər gətirilib. George Hacı ilə də birgə çalışmış Tuqay Kərimoğlu onun köməkçisi olacaq. Adnan Sezginin gedişindən sonra boşalan klubun idman direktoru postu isə Cüneyt Tanmana həvalə edilib.
Qeyd edək ki, George Hacının "Qalatasaray"da ikinci dəfə baş məşqçilik müddəti 155 gün çəkib. Futbolçu qismində "Cim-Bom"la böyük uğurlara imza atmış Hacı komandanın sükanı arxasındakı ilk fəaliyyəti dövründə, yəni 2004-2005-ci il mövsümündə Türkiyə Kubokunu qazanıb. 2010-cu il oktyabrın 22-dən başlanan ikinci məşqçilik dövründə isə o, "Qalatasaray"ı Superliqanın 9-cu turunda 9-cu mövqedə ikən təhvil alıb. Rumıniyalı mütəxəssisin fəaliyyəti müddətində 9 məğlubiyyətlə üzləşən "sarı-qırmızılar" 6 qələbə, 3 heç-heçə ilə 21 xal toplaya bilib və 11-ci pilləyə enib. "Fənərbaxça"ya məğlubiyyətdən sonra komandanın sükanı arxasına gətirilən Hacı elə prinsipial rəqibinə uduzduqdan sonra postunu tərk edib. Halbuki o, ilk fəaliyyəti dövründə məhz "Fənərbaxça" üzərində 5:1 hesablı qələbə sayəsində ölkə kubokunu qazanmış və Superliqada mövsümü 3-cü pillə başa vurmuşdu.
Bülənt Ündər isə futbolçu karyerası ərzində 1969 - 1976-cı illərdə "Qalatasaray"da çıxış edib, 9 dəfə Türkiyə yığmasının formasını geyib. O, "Fənərbaxça" ilə matçdan sonra butslarını mıxdan asıb. Ündər baş məşqçi karyerasına 1989-cu ildə "Dənizlispor"la start verib. Ardından digər klublarda da çalışan mütəxəssis daha çox 1996 - 2000-ci illərdə Fatih Terimin köməkçisi qismində fəaliyyəti ilə tanınıb. Onun sonuncu komandası isə 2000-2001-ci il mövsümündə "Samsunspor" olub.
Ronaldonun komanda yoldaşı klubdan ayrılır
"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq
Millimizin üzvü "Ayaks"a qarşı oynadı
Futbolçu azarkeşlərlə dava etdi - Video
"Kəpəz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Bavariya"dan mövsümün ilk məğlubiyyəti
Arda Gülerin "Real"dakı gələcəyi bilindi
"Qəbələ"nin böyük hesablı qələbəsi - Video
"Bu qələbəyə çox ehtiyacımız var idi" - "Kəpəz"in futbolçusu
Millimiz Danimarkanı məğlub etdi
"Kəpəz" "Qarabağ"a, "Qəbələ" "Şamaxı"ya qalib gəldi
“Araz-Naxçıvan”ın Maçadosu 20-yə çatdı
"Neftçi"dən 100-cü qolsuz oyun
"Araz-Naxçıvan" 21-ci oldu
Traore "Fulhem"dən ayrılır
"Bu matç bizim ayılmağımıza təsir edəcək" - Ayxan Abbasov
“Liverpul”dan gedir
"Qarabağ" - "Kəpəz" : Heyətlər
Millimizin üzvü Bundesliqa klubunda
"Napoli"dən İngiltərə klubuna
"Şamaxı" - "Qəbələ": Heyətlər
Güləş üzrə Azərbaycan çempionatları Gəncədə keçiriləcək
Kosovo klubundan ayrıldı, "Şəfa"ya keçdi
“Qızıl oğlan”ın qızıl qolu - Video
"İnter"dən 6 qollu qələbə - Video
“Roma” onu icarəyə verdi
“Qarabağ”ı İngiltərəyə uzun yolçuluq gözləyir
“İnter”in baş məşqçisi olimpiadanın məşəl daşıyıcısı olacaq