“Qarabağ”ın UEFA Çempionlar Liqasında 8-ci turunda rəqibi olan “Liverpul”da işlər yolunda getmir. Komanda İngiltərə Premyer Liqasında dörd ardıcıl heç-heçədən sonra dünən “Bornmut”la matçda da ağır zərbə alıb: səfər oyununda 90+5-ci dəqiqədə buraxdığı qolla 2:3 hesabı ilə uduzub.
Beləliklə, onlar düz 5 oyundur Premyer Liqada qələbə qazana bilmirlər. Komanda "qara zolaq"dadır.
QOL.az İngiltərə mediasına istinadən xəbər verir ki, Liverpul”un baş məşqçisi Arne Slot "Bornmut”a qarşı məğlubiyyətin səbəblərindən danışarkən əsas problemin sıx oyun qrafiki olduğunu bildirib.
Görüşdə “Liverpul” 0:2 hesabı ilə geridə qalsa da, Vircil van Deyk və Dominik Soboslayın qolları sayəsində hesabı bərabərləşdirib. Lakin matçın sonlarında Amin Adlinin fərqlənməsi “Bornmut”a qələbə qazandırıb.
Arne Slot oyundan sonra futbolçularını günahlandırmayıb və məğlubiyyəti yorğunluqla əlaqələndirib:
“Aydın idi ki, bəzi futbolçularımızın enerjisi tükənmişdi. Buna görə onları tənqid də edə bilmərəm. Çünki iki gün əvvəl Avropada səfər oyunu keçirmişdik. Bu müddətdə Çempionlar Liqasında oynayıb, oyunlar arasında cəmi iki günü olan yeganə komandayıq.
Səfər oyunundan sonra yenidən səfərdə liqanın ən intensiv komandalarından birinə qarşı oynadıq. Əsasən eyni futbolçuları meydana buraxıram, çünki hazırda əlimizdə olan oyunçular bunlardır”.
Niderlandlı mütəxəssis həmçinin deyib: “Nəticə, təbii ki, məyusedicidir, çünki qol buraxmaq xoş deyil, xüsusilə də oyuna qayıtmaq üçün artıq vaxt qalmayanda. Ədalət naminə qeyd etmək lazımdır ki, rəqibimiz hesabı 3:2-yə daha əvvəl də çatdıra bilərdi”.
Hazırda “Liverpul” Premyer Liqada 23 oyundan 36 xalla 4-cü yeri tutur. Mersisaydlılar lider “Arsenal”dan 14 xal geri qalır, ən yaxın izləyiciləri “Mançester Yunayted”i isə 1 xal qabaqlayır. Lakin bu iki komanda “Liverpul”dan 1 oyun az keçirib.
Xatırlatma
“Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlayacaq.
Bu oyun hər iki komanda üçün əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə "pley-off"a adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
"Bu məğlubiyyət daha acı oldu" - Zaur Həşimov
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?
"Şamaxı" - "Şəfa" oyununun heyətləri müəyyənləşdi
"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi
AFFA həkimi olmayan klubları cərimələdi
Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir
İki günə qırılan rekord
"Milan"ın darmadağını - Video
"Qarabağ” - “Neftçi” oyununa azarkeş marağı yüksəkdir
Salah avrokuboklarda bunu bacaran ilk oyunçudur
Dünya çempionatında daha bir gümüş medal
Sanki Almaniya yox, Türkiyədir - Video
Kamilo Duran “Benfika”ya yenə qol vurdu
Konfrans Liqasında Liqa mərhələsi başladı
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü
Elvin Cəfərquliyev fərdi fiziki məşqlərə başlayıb - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Danimarka millisinin sabiq baş məşqçisi vəfat etdi
Rafinya qayıtdı