Musa Qurbanlı oynadı, komandası qələbə qazandı

Musa Qurbanlı oynadı, komandası qələbə qazandı
DÜNYA FUTBOLU 29 Aprel 2024 / 00:17 3416
-  A +

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" İsveç çempionatında 6-cı tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda QAİS-i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Yurqorden" - QAİS - 1:0
Qol:
Hummet, 54

Son 3 oyunda adı iştirak ərizəsində yer almayan M. Qurbanlı oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 80-ci dəqiqədə meydana daxil olub.

"Yurqorden" hazırda turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb. “Malmö”  18 xalla vahid liderdir. 


Son xəbərlər
14.05.24  11:28

Qrizmann 1-ci oldu

14.05.24  09:28

"Bavariya"ya "yox" dedi