Məşhur məşqçi nəhəng klubun prezidenti seçildi

Məşhur məşqçi nəhəng klubun prezidenti seçildi
DÜNYA FUTBOLU 28 Aprel 2024 / 12:11 3093
-  A +

Portuqaliyanın “Portu” klubuna prezident seçkisi keçirilib.

QOL.az xəbər verir ki, bu vəzifəyə 46 yaşlı məşhur məşqçi Andre Villa-Boaş seçilib. O, səslərin 70 faizini qazanaraq 42 ildir “Portu”nun prezidenti olan Pinto de Kostaya qalib gəlib. 

Ande Villa-Boaş 2010/11 mövsümündə “Portu”nun baş məşqçisi olub. O, buradakı uğurlu işindən sonra İngiltərədə “Çelsi” və “Tottenhem”i də çalışdırıb. 2021-ci ildə baş məşqçisi olduğu “Marsel”dən (Fransa) ayrıldıqdan sonra Boaş heç bir klubda işləmirdi.


Son xəbərlər
11.05.24  18:57

"Barselona" onu satır