Klopp üzr istədi

Klopp üzr istədi
DÜNYA FUTBOLU 25 Aprel 2024 / 12:28 2446
-  A +

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 34-cu turunda "Everton"a məğlubiyyəti (0:2) şərh edib.

QOL.az "BBC Sport"a istinadən xəbər verir ki, o deyib: "Liverpul"un çempionluq şansları? Bunun baş verməsi üçün “Arsenal” və “Siti” çox pis günlər keçirməlidir.

Azarkeşlərdən bu oyun üçün üzr istəyirəm. Biz daha yaxşı oynamalı idik, amma bunu etmədik".

Çempionatın başa çatmasına 6 tur qalmış "Liverpul" lider "Arsenal"dan 3 xal geri qalaraq 74 xalla 2-ci yerdə qərarlaşıb. 3-cü pillədəki "Mançester Siti"nin 73 xalı olsa da, rəqiblərin 2 oyun az keçirib.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu