İsveç millisi ötən mövsümün sonunda xroniki zədə aldığı üçün karyerasını başa vuran hücumçu Zlatan İbrahimoviçin şərəfinə vida matçı keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.
Bildirilir ki, matç iyunun 8-də Stokholm ətrafında yerləşən “Friends Arena”da keçiriləcək. İsveçlilərin rəqibi Serbiya millisi olacaq.
Qeyd edək ki, 42 yaşlı İbrahimoviç İsveç millisində 122 oyuna çıxıb və 62 qol vurub. O, milli komanda tarixinin bombardiridir.
İbrahimoviç 12 dəfə İsveçdə ilin ən yaxşı futbolçusu seçilib və 2013-cü ildə ən yaxşı qola görə "Puşkaş" mükafatını qazanıb.
Zlatan hazırda "Milan"ın sahibi Cerri Kardinalın məsləhətçisidir.
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?