Unibank Premyer Liqasının aprelin 12-də keçiriləcək «Qarabağ» - «Xəzər Lənkəran» oyunu Ağdamın Quzanlı qəsəbəsi stadionunda deyil, Bakıda keçirilə bilər.
Qeyd edək ki, «Qarabağ» rəhbərliyi dörd kluba - «İnter», «Xəzər Lənkəran», «Neftçi» və «Bakı»ya müraciət edərək bu komandalarla ev oyununu Quzanlıda keçirmək istədiklərini bildirib.
Mövsümün əvvəlində «Qarabağ» Quzanlı stadionunun adını Peşəkar Futbol Liqasına (PFL) göndərilən sifariş ərizəsində göstərmədiyindən final mərhələsinin oyunlarında bu komandanın rəqiblərini Ağdamda qəbul etməsində problem ortaya çıxıb.
PFL isə yalnız klubların qarşılıqlı razılığa gələcəyi, quruma rəsmi razılıq məktub göndəriləcəyi halda «Qarabağ»ın ev oyunlarını Quzanlıda keçirməsinə icazə veriləcəyini açıqlayıb.
«İnter» bununla bağlı PFL-in verəcəyi qərara uyğun hərəkət edəcəklərini, «Bakı» Quzanlıda oynamaqla bağlı razılıq məktublarını PFL-ə göndərdiklərini, «Neftçi» isə yaxın günlərdə belə bir addım atacağını bildirib.
«Xəzər Lənkəran» klubu da bu məsələnin onlardan deyil, Peşəkar Futbol Liqasından asılı olduğunu bəyan edib.
«Biz Quzanlıda oynamağa etiraz etmirik. Amma «Xəzər Lənkəran»ı hər şeydən əvvəl şərait maraqlandırır. Stadionun durumu orada oyun keçirməyə imkan verirmi? Yaxınlıqda otel varmı? Stadion federasiyanın standartlarına cavab verməlidir. Bizim komanda Lənkərandan Quzanlıya getmək üçün 96 kilometr məsafə qət etməlidir. Stadionun 30-40 kilometr yaxınlığında isə otel olmalıdır. Əgər orada belə bir otel varsa və stadionun durumu oyun keçirməyə imkan verirsə, Quzanlıya məmnuniyyətlə gedərik. Əks təqdirdə Quzanlıya getməyəcəyik» - deyə «Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirov Qol.Az-a bildirib.
O, «Qarabağ» klubundan bu məsələylə bağlı müraciət aldıqlarını, amma onun cavablandırmadıqlarını söyləyib: «Federasiya Quzanlı stadionuna nümayəndəsini göndərməlidir. Əgər PFL orada lazımi şəraitin olduğunu desə, «Qarabağ»la matçımızın Ağdamda keçirilməsinə etiraz etməyəcəyik» - deyə T.Nadirov vurğulayıb.
Öz növbəsində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib ki, bu məsələdə klublar özləri razılığa gəlməlidirlər. Əks təqdirdə, onlar bu mövsüm «Qarabağ»ın Quzanlıda oynamasına icazə verməyəcəklər.
Bütün bunlar isə artıq o anlama gəlir ki, «İnter»lə yanaşı, «Xəzər Lənkəran» da «Qarabağ»la Quzanlıda oynamaqdan imtina edir.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı