«Neftçi» növbəti dəfə rəsmən bəyan edib ki, onlar «Qarabağ»la səfər oyununu Ağdamın Quzanlı qəsəbəsində keçirməyə razıdırlar.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Qol.Az-a bildirib ki, Quzanlıda oynamaqla bağlı razılıq məktublarını «Xəzər Lənkəran»la bu həftə keçiriləcək oyundan sonra Peşəkar Futbol Liqasına ünvanlayacaqlar.
«Hazırda klubumuz «Xəzər Lənkəran»la oyuna hazırlaşır. Sabah Lənkərana yola düşürük. Oyunu yola verdikdən sonra razılıq məktubumuzu PFL-ə göndərəcəyik. «Neftçi» klubu hesab edir ki, «Qarabağ»ın ev oyunlarını doğma meydançasında - Ağdamın Quzanlı stadionunda keçirməyə haqqı var. Bununla bağlı klub rəhbərliyinin də açıqlamaları olub ki, Ağdam camaatı Quzanlıda futbola baxmalıdır. Biz «Qarabağ»ın Quzanlıda oynamaq qərarını alqışlayırıq və hesab edirik ki, səfər oyunumuzu orada keçirməklə bağlı heç müzakirəyə də ehtiyac yoxdur. Dediyimiz kimi, Lənkərandan qayıtdıqdan sonra bununla bağlı PFL-ə razılıq məktubumuzu göndərəcəyik» - deyə E.Əfrəfoğlu bildirib.
Xatırladaq ki, bu gün «İnter» klubu «Qarabağ»la Quzanlıda oynamaqdan imtina edib və bununla bağlı Peşəkar Futbol Liqasının qərar verməli olduğunu açıqlayıb.
PFL isə klubların öz aralarında razılığa gəlməyəcəyi halda «Qarabağ»ın ev oyunlarını Quzanlıda keçirməsinə icazə verilməyəcəyini bildirib. Buna səbəb kimi Quzanlı stadionunun adının sifariş ərizəsinə salınmaması göstərilib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı