Bakının «İnter» klubu «Qarabağ»la çempionatın final mərhələsinin səfər oyunu Quzanlıda keçirməyə etiraz edir. Qol.Az-ın müxbiri ilə söhbətində klubun prezidenti Georgi Nikolov «Qarabağ» rəşbərliyinin belə bir fikrə düşməsini anlamadığını söyləyib.
«Yadınızdadırsa, hələ iki il əvvəl də belə vəziyyət yaranmışdı. Biz o zaman Quzanlıda oynamağa razı deyildik. Amma sonra ora gedəsi olduq. Biz indi də çempionatın ritminin pozulmasını istəmirik. Xoşagəlməz söhbətlərin yaranmaması üçün «Qarabağ» bizə rəsmi şəkildə müraciət etməlidir. Yalnız bundan sonra Quzanlıda oynamaq haqda fikirləşmək olar. Mən bu məsələylə bağlı baş məşqçimiz Kaxaber Sxadadzeylə məsləhətləşəcəyəm. Amma bütün hallarda hesab edirəm ki, «Qarabağ»ın final mərhələsinin başlanğıcında belə bir fikrə düşməsi doğru deyil» - deyə G.Nikolov bildirib.
Onun sözlərinə görə, «Qarabağ»la səfər oyunları aprelin 24-də keçiriləcək, üç gün sonra isə «İnter» kubok görüşündə meydana çıxmalıdır: «Bizim gərgin qrafikimiz var. Əvvəlcə səfərə getməli, sonra isə kubok oyununa çıxmalıyıq. Buna görə də mən «İnter»in Quzanlıya getməsinə razı deyiləm. Amma yenə də deyirəm, Sxadazeylə danışıqlar aparacağam. Eyni zamanda PFL-in verəcəyi qərar da maraqlıdır. Əgər aprelin 27-də bizim kubok oyunumuz olmasaydı, Quzanlıya gedərdik. Birdə ki, qanunlara da əməl etmək lazımdır. Mən bu məsələylə bağlı mübahisə etmək, iki il əvvəlki kimi söhbətlərin yaranmasını istəmirəm. Ona görə də «Qarabağ» bizə rəsmi şəkildə müraciət etməli və bu məsələni öz aramızda çözməliyik» - deyə Nikolov bəyan edib.
Xatırladaq ki, «Qarabağ» klubu «İnter»də daxil olmaqla dörd komandayla çempionatdakı ev oyununu Quzanlıda keçirmək istəyir. Peşəkar Futbol Liqası isə klubların öz aralarında razılığa gələcəyi halda matçların Ağdamda keçiriləcəyinə icazə veriləcəyini bəyan edib.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər