Azərbaycanlı futbolçu İspaniya klubuna keçdi

Azərbaycanlı futbolçu İspaniya klubuna keçdi
XƏBƏR 24 Yanvar 2024 / 12:53 3235
-  A +

Azərbaycanlı futbolçu Bəhruz Qurbanlı karyerasını İspaniyanın "Union Deportivo Montijo" komandasında davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 

"Neftçi"nin yetirməsi və U-19 komandasının üzvü olmuş 18 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, "Union Deportivo Montijo" Sequnda divizionunun (statusuna görə İspaniyada 4-cü liqa) 5-ci qrupunda yarışır. Hazırda "Union Deportivo Montijo" 18 komanda arasında 17-ci yeri tutur.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner