Laporta: "Barselona" bu il La Liqanın qalibi olacaq"

Laporta: "Barselona" bu il La Liqanın qalibi olacaq"
XƏBƏR 24 Yanvar 2024 / 09:44 12453
-  A +

"Barselona"nın prezidenti Joan Laporta La Liqa çempinluğu uğrunda gedən mübarizədən danışıb.

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, komandasının çempion olacağını düşündüyünü deyib: 

“Xavi çempionluğu qazanmağın bizim üçün çətin olacağını söyləmişdi. Mən həmişə Xavi ilə razıyam. Öz adımdan deyəcəyəm ki, həqiqətən çətin olacaq. Amma çempionluğu qazanacağıq. Əminəm ki, “Barselona” qalib gəlmək üçün favorit olacaq”.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Jirona" 52 xalla (21 oyun) liderdir, "Real" 51 xalla (20 oyun) 2-ci, "Barselona" isə 44 xalla (20 oyun) 3-cüdür. 


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

01.04.26  21:12

Keyn sıradan çıxdı

topaz banner