Vüsal İsgəndərli oynadı, komandası qalib gəldi

Vüsal İsgəndərli oynadı, komandası qalib gəldi
XƏBƏR 20 Yanvar 2024 / 19:18 3250
-  A +

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi  "Boluspor"  Türkiyə 1-ci liqasında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, komanda 19-cu turda "Bandırmaspor"u qəbul edib. Oyun Bolu təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsaı start heyətdə meydana daxil olub və 86-cı dəqiqədə əvəzlənib. 

"Boluspor" - "Bandırmaspor" - 2:1

Qollar: Posmak, 45+1 (1:0), Bettayeb, 90+7 (2:0), Çeçenoğlu, 90+10 (2:1)

Bu nəticədən sonra "Boluspor" 26 xalla 9-cu, "Bandırmaspor" 30 xalla 7-ci pillədə qərarlaşıb. Turnur cədvəlinə 45 xalla Arda Turanın çalışdırdığı "Eyüpspor" başçılıq edir. 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner