«Neftçi»nin baş məşqçisi Arif Əsədov «Xəzər Lənkəran»la kubok oyunundan sonra qarşılaşmanın hakimlər briqadasına etirazını bildirib.
Qol.Az-ın məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında Arif Əsədov Lənkərana qələbə üçün gəldiklərini, amma baş hakim Vüsal Əliyevin öz qərarlarıyla bunu əngəllədiyini deyib: «Artıq neçə oyundur ki, Lənkəranda «Neftçi»nin iştirakı ilə keçirilən oyunlara Vüsal Əliyev təyinat alır və hər dəfə də «Xəzər Lənkəran» qələbə qazanır. Hər dəfə komandamız ətrafında ajiotaj qalxır ki, hakimlər bizə köməklik edir? Məgər, budur köməklik» - deyə A.Əsədov bildirib.
"Oyuna diqtə edən tərəf biz idik. Bunun məntiqi nəticəsi kimi hesabda önə keçdik. Lakin təəssüf ki, baş hakim Vüsal Əliyev yanlış qərarları ilə "Neftçi"nin lazımi nəticəni əldə etməsinə imkan vermədi. Rəqib komanda qolunu baş hakimin təyin etdiyi cərimə zərbəsindən sonra vurdu. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Bundan başqa, 27-ci dəqiqədə Vüsal Əliyev rəqib futbolçu Adrian Pitə qırmızı vərəqə göstərməli idi, lakin o, bunu etmədi".
Sonra «Neftçi»nin baş məşqçisi rəqibi təbrik edib və bundan sonra çempionatın oyunlarını düşünəcəklərini söyləyib.
Xatırladaq ki, bu gün «Xəzər Lənkəran»la «Neftçi» arasında keçirilmiş ölkə kubokunun 1/4 final mərhələsinin təkrar oyunu 1:1 hesabı ilə başa çatıb. İlk oyunda Lənkəran təmsilçisi 4:3 hesabı ilə qələbə qazandığından yarımfinala da məhz bu komanda vəsiqə əldə edib.
Kukurella ağır zədələndi
“Turan Tovuz” 30-cu oldu
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"
Karvaxal "Real"dan gedir?
"Turan Tovuz"dan yeni transfer
Ramazan bayramına görə matçların vaxtı dəyişdirildi
"Milan"a keçidi baş tutmayan Mateta əməliyyatdan imtina etdi