Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsininin cavab görüşlərinə start veriləcək. Qol.Az-ın məlumatına görə, artıq bu mərhələnin 3 qarşılaşması başa çatıb.
Səfərdə I Divizion təmsilçisi "Abşeron"a 1:0 hesabı ilə qalib gələn "İnter" bu görüşün də favoriti sayılırdı. İstənilən heç-heçə və ya qələbə "İnter"i yarımfinala çıxaracaqdı. Son ölkə çempionu səfərdə "Abşeron"u məğlub etməsinə baxmayaraq, öz meydanında I Divizion təmsilçisinin müqavimətini qıra bilməyib və oyun 0:0 hesabı ilə başa çatıb. Bununla belə, "İnter" klubu yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, "İnter" yarımfinalda "Turan" - AZAL cütünün qalibi ilə qarşılaşacaq.
Digər maraq doğuran qarşılaşma isə Respublika stadionunda baş tutub. Burada "Bakı" Qəbələnin eyniadlı komandasını qəbul edib. İlk görüşdə 0:0-lıq heç-heçə qeydə alınması daha çox "Bakı"nın işinə yarayırdı. Lakin Premyer Liqada "altılığ"a düşmək mübarizəsində "Bakı"ya məğlub olan "Qəbələ" kubokda rəqibindən qisas almaq niyyətində idi. Lakin "Bakı" matçın 56-cı dəqiqəsində Jabanın vurduğu qolla "Qəbələ"ni məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Günün mərkəzi qarşılaşması isə Lənkəranda baş tutub. Burada yerli "Xəzər Lənkəran" klubu əzəli rəqibi "Neftçi"ni qəbul edib. Olduqca dramatik şəraitdə keçən ilk oyunda səfərdə rəqibinə 4:3 hesabı ilə qalib gələn "Xəzər Lənkəran" klubunun yarımfinala çıxmaq şansı daha real görünürdü. Lakin "Neftçi" də ilk görüşdəki məğlubiyyətin təsadüfi olduğunu sübut etməyə çalışsa da, buna müvəffəq olmayıb. İlk hissədə hərəyə bir dəfə fərqlənən komandaların bu dəfəki duelində bərabərlik qeydə alınıb - 1:1. Bununla da, yarımfinala vəsiqə qazanan "Xəzər Lənkəran" bu mərhələdə "Bakı" ilə qarşılaşacaq.
Azərbaycan Kuboku 1/4 final
8 mart
18:00."Xəzər Lənkəran" - "Neftçi" - 1:1
Qollar: Flavinyo, 8 (0:1), Uinston Parks, 20 (1:1)
(ilk oyun: 4:3)
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azad Q. Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Gülağa Cabarov
Lənkəran şəhər mərkəzi stadionu.
16:00."İnter" - "Abşeron" - 0:0
(ilk oyun: 1:0)
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Mübariz Haşımov, Əfqan Həmzəyev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Fazil Mürşüdov
"Şəfa" stadionu.
16:00."Bakı" - "Qəbələ" - 1:0
Qol: Jaba, 56 (1:0)
(ilk oyun: 0:0)
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Habil Əliyev, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Tofiq Bəhramov adına Respublika stadionu.
9 mart
14:00."Turan" - AZAL
(ilk oyun: 0:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tovuz şəhər stadionu.
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi
Kamal Umudlu UEFA yarışlarında iki oyun idarə edib
Qvardiola "Mançester Siti"dən gedir?
UEFA İtaliyanı Avro-2032 ilə hədələdi
"Qalatasaray" 30 milyona aldığı Uğurcana qiymət qoydu
"San Siro"nun satışı ilə bağlı araşdırma başladıldı
Qattuzo qovulacaq
Bolqarıstan millisinin əfsanəsi vəfat etdi
İrandan İnfantinonun sözlərinə reaksiya
“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
La Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Xusanov yenə "Mançester Siti"də ayın oyunçusu seçildi
Mario Götze ilə müqavilə uzadıldı
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı