Mövsümün ikinci yarısına hazırlıqları Antalyada davam etdirən “Sabah”ın kapitanı Elvin Camalov Qol.az saytının suallarını cavablandırıb.
- Artıq bir həftədir davam edən Antalya hazırlığınız necə keçir?
- Hazırlıq yaxşı gedir. Bütün komanda olaraq məşqlərdə var qüvvəmizlə məşq edirik. Məşqçilərin tapşırıqlarını nöqsansız yerinə yetirməyə çalışırıq. Əhvalımız yaxşıdır.
- Ötən gün yoxlama oyununda Rumıniya “Rapid”inə 2:1 hesabı ilə qalib gəldiniz. Oyun haqda fikirlərini bilmək istərdik.
- Bəli, Antalyada ilk yoxlama oyunumuzu keçirdik. “Rapid” Rumıniya çempionatında yüksək pillələrdə qərarlaşmış komandadır. Fikrimcə, yaxşı oyun alındı. Matçda üstünlük bizdə idi. Çoxlu qol fürsəti yaratdıq. Düzdür, səhvlərimiz də oldu. Amma bu cür oyunların əsas üstünlüyü məhz səhvlərimizi görüb, onları aradan qaldırmaq imkanı verməsidir.
- Qol fürsətləriniz çox olsa da, ikisindən faydalana bildiniz.
- Razıyam. Ümumiyyətlə, oyunun böyük hissəsi bizim üztünlüyümüzlə keçdi. Bu, il ilk oyunumuz olmasına baxmayaraq, məncə, komanda olaraq yaxsı təsir bağışladıq. Bu, futbolun bir parçasıdır. Bizim irəli xətdə kifayət qədər keyfiyyətli və təcrübəli futbolçularımız var. Lakin qeyd etdiyim kimi, qol fürsətlərini qaçırmaq da futbolun tərkib hissəsidir. Bəzən bir matçda çoxlu qol fürsəti yaratsan da, bundan heç də maksimum yararlana bilmirsən.
- Turnir cədvəlində 8-ci pillədə olmaq komandanın motivasiyasına hansı formada təsir edir?
- Biz turnir cədvəlinə yox, öz oyunlarımıza köklənirik. Bəli, mövsümün ilk yarısı istədiyimiz kimi keçmədi. Çoxlu xal itkiləri oldu. Lakin hələ yalnız mövsümün ilk yarısı geridə qalıb. Bizi qarşıda daha 18 oyun gözləyir. İnanıram ki, bu oyunlardan sonra istədiyimiz nəticəni ala biləcəyik.
- İstədiyiniz nəticə hansıdır?
- Hər matçda maksimum xal qazanmaq və getdikcə öz oyunumuzu təkmilləşdirmək, inkisaf etdirmək. Bütün bunlar olduqdan sonra nəticə də özünü göstərəcək. Biz də bütün komandalar kimi çempionatı medalçılar sırasında, mümkün qədər yüksək pillədə başa vurmaq istəyirik.
- Bu mövsüm Premyer Liqada rəqibləriniz ötən illərlə müqayisədə daha güclüdür. “Sabah” qış fasiləsindən sonra özündə güc tapa biləcək?
- Bəli, bu il çempionatda yüksək yerlər uğrunda rəqabət daha güclüdür. Bunu komandalar arasındakı xal fərqinə baxaraq da görmək mümkündür. Hamımız daha yaxşı olması üçün çalışırıq. Əlbəttə ki, çətin olacaq. Amma biz öz gücümüzə inanırıq. İnanırıq ki, mövsümün ikinci yarısında vəziyyəti xeyrimizə dəyisə biləcəyik.
- “Sabah”ın aparıcı üvlərindən olan Aleksey İsayevin komandadan gedişi oyununuza necə təsir edəcək?
- Aleksey yaxşı futbolçu olmaqla yanaşı, həm də yaxşı komanda yoldaşıdır. Əsas heyət üzvlərindən biri idi. Ona gələcək karyerasında, “Qarabağ”da uğurlar arzulayıram. Əminəm ki, yeni klubunda özünü göstərə biləcək. Onun gedişinin komandaya təsirinə gəldikdə, bizdə kifayət qədər yaxşı futboçular var. Heyətdə olan futbolçuların onun yoxluğunu hiss etdirməyəcəyinə inanıram.
Ramiq Ağaməmmədov
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video